kanal1

Hərbi məhsullarımız Türkiyədə nümayiş olunacaq

Tarix:24-04-2019, 10:54
Baxış Sayı:68

Hərbi məhsullarımız Türkiyədə nümayiş olunacaq




Aprelin 30-dan mayın 3-dək keçiriləcək "IDEF-2019" XIV beynəlxalq müdafiə sənayesi sərgisində Müdafiə Sənayesi Nazirliyinin məhsullarının nümayişi məqsədi ilə nazir müavini Yəhya Musayevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Türkiyədə səfərdə olacaq.

ictimailider.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, "IDEF-2019" beynəlxalq müdafiə sənayesi sərgisində Azərbaycanın milli povilyonunda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan əsas ixrac yönümlü məhsulların nümayişi təşkil ediləcək. Eyni zamanda, sərgidə xarici ölkələrlə hərbi-texniki sahədə əlaqələrin inkişaf etdirilməsi və yeni birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılacaq.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkət nümayəndələri ilə görüşləri də nəzərdə tutulur.

Sərginin gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, müdafiə təyinatlı məhsulların ixracı ölkəmizin qeyri-neft sənaye məhsulları ixracında əhəmiyyətli istiqamətlərdən biri olduğundan Müdafiə Sənayesi Nazirliyi tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq nazirliyin 2019-cu ildə müxtəlif beynəlxalq sərgilərdə iştirakı nəzərdə tutulur.

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı