kanal1

Göygöl Su-Kanal və Kanalizasiya idarəsinin tullantı suların təmizlənməsi qurğusu bir kəndin örüş sahəsini məhv edir...

Tarix:22-06-2021, 15:12
Baxış Sayı:58

Göygöl Su-Kanal və Kanalizasiya idarəsinin tullantı suların təmizlənməsi qurğusu bir kəndin örüş sahəsini məhv edir...

Bir qrup Göygöl sakini Teref.az-a müraciət ünvanlayaraq şikayətlərinin ictimailəşməsini xahiş edirlər. Şikayətçilər Göygöl Su-Kanal və Kanalizasiya idarəsinin onların başına açdığı oyundan şikayətlənərək yazırlar:
"Salam Hörmətli Redaksiya Mən Quluyev İman Qəmbər oğlu yaşadığım Göygöl Rayonu Mollacəlilli kəndində Göygöl Su-Kanal və Kanalizasiya idarəsinə məxsus tullantı suların təmizlənməsi qurğusu fəaliyyət göstərir.Bu qurğu işə başladığı bir gündən kəndin ümumi bəlasina çevrilib.Rayondan axıdılan çirkab sular heç bir filtr qurğusundan keçirilmədən bir başa kəndin otlaq və örüş sahələrinə axıdılır.Bundan əlavə hətta Kanalizasiya sularıdan yığılan nəcis artıqları belə yenə də heyvanların örüş sahəsinə tökülür.Üfunət qoxu, rəzil və acınacaqlı mənzərə, ağcaqanad və kamar hər yanı bürüyüb.Sözü gedən problemlə bağlı dəfələrlə Qurğunun rəisi Almədədov Azərə Mollacəlilli kənd Bələdiyyə Sədri Ramiz Tağıyevə , və İcra Nümayəndəsi Məmməd Məmmədova və xüsusilə Göygöl Rayon İcra Hakimiyyətinə ərazi idarə etmə şöbəsinin müdürü Vüqar Hüseynova vəziyyətin nə qədər dözülməz olduğunu söyləsəmdə heç bir fayda verməmişdir. Sözü gedən problemlə bağlı epidemiya pik həddinə çatıb. Qurğunun rəisi Almədədov Azər, kənd Bələdiyyə Sədri Ramiz Tağıyev, İcra Nümayəndəsi Məmməd Məmmədov, və Göygöl Rayon İcra Hakimiyyətinin rəsmisi Vüqar Hüseynov bütün şikayətlərə laqeyd qalmaları burada yüzlərlə narazı kütlə yetişdirib. Kənd sakinlərinin səbrləri ilə oynayırlar. Özüdə belə bir çətin vaxtda pandemiyanın hökm sürdüyü və tüğyan etdiyi zamanda heç bir şikayətə əhəmiyyət vermirlər.Sizdən bu mövzuda dəstək və kömək gözləyirik. İndi ümüdümüz bircə sizsiniz. Həqiqətən də bizə sizin köməyiniz lazımdır. Xaiş edirik köməynizi bizdən əsirgəməyin.

İMZA: QULUYEV İMAN QƏMBƏR OĞLU

ƏLAQƏ NÖMRƏSİ (055) 644-41-28 GÖYGÖL RAYON ICRA HAKIMIYYƏTI

ƏRAZI IDARƏ ETMƏ ŞÖBƏSININ MÜDÜRÜ

VÜQAR HÜSEYNOV ƏLAQƏ NÖMRƏSI (022) 205-20- 09

MOLLACƏLILLI KƏND ICRA NÜMAYƏNDƏSI

MƏMMƏDOV MƏMMƏD ƏLAQƏ NÖMRƏSI(055)396-15 50

MOLLCƏLİLLİ KƏND BƏLƏDİYYƏ SƏDRİ

TAĞIYEV RAMİZ ƏLAQƏ NÖMRƏSİ (055)710-79-90"
Teref.az olaraq bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

İsrail İranın qərbində 40-dan çox hərbi obyektə zərbə endirib
İsrail İranın qərbində 40-dan çox hərbi obyektə zərbə endirib
“Mərcan” Klinikasında əməliyyatlar qanunsuz aparılıb: Nigar Məhəmmədova barəsində araşdırma aparılır……
“Mərcan” Klinikasında əməliyyatlar qanunsuz aparılıb: Nigar Məhəmmədova barəsində araşdırma aparılır……
Böyük Britaniya diplomatlarının ailə üzvləri İsraildən çıxarılıb
Böyük Britaniya diplomatlarının ailə üzvləri İsraildən çıxarılıb
“Rövşanoğlu Holdinq”ə məxsus “Gold Palace” şadlıq sarayında pozuntular aşkarlandı
“Rövşanoğlu Holdinq”ə məxsus “Gold Palace” şadlıq sarayında pozuntular aşkarlandı
SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA
SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA
SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA
SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA
İlham Əliyev Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunan konfransın iştirakçılarına müraciət ünvanlayıb
İlham Əliyev Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunan konfransın iştirakçılarına müraciət ünvanlayıb
Sabunçuda növbəti dəfə dağ ərazisi satılır?-Video
Sabunçuda növbəti dəfə dağ ərazisi satılır?-Video