kanal1

SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA

Tarix:Bu gün, 16:22
Baxış Sayı:21

Sağlığında qiymət verin insanlara!
Atalarımızın bu dəyərli sözünu xatırlamağım əbəs yerə deyil.
Uca Allah taleyimə bəxş etdiyi enişli-yoxuşlu,sevincli-kədərli,bir ucu ölümlü dünyada, yaşadığım 30 illik ömür yolumda məni var-dövlət, mal-mülk sahibi etməsə də, mənəviyyatı zəngin, insanlığı uca, ləyaqəti milyonlardan üstün olan, mayası xeyirxahlıqla, halallıqla yoğrulmuş sözün həqiqi mənasında şəxsiyyəti bütöv, mənəviyyatı zəngin olan insanlarla qarşılaşdırıb.Və mən heç tərəddüd etmədən deyərdim ki, həmin insanların keçdiyi mənalı həyat yolu mənim üçün örnək olub. Bu da həqiqətdir ki, mən o cür xarakterə malik olan insanlardan insan həyatı üçün yararlı olan gərəkli yaşam tərzi, gələcəyə inam, insanlara sevgi, mərhəmət, cəsarət və eyni zamanda haqsızlıqlara qarşı dözüm öyrənmişəm.
Peşə fəaliyyətim mənə bir tərəfdən insanlarla ünsiyyətdə olmaq, onların yaşadığı həyat tərzi ilə tanış olmaq,səhvlərindən nəticə çıxarmaq, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri-hər hansı peşə sahibləri olursa-olsun təmas qurmaq, özümü ifadə etmək, sözümü, səsimi cəmiyyətə, aidiyyatı orqanlara çatdırmaq imkanı verib.
Açıq etiraf edim ki, hər dəfə mənə Allah tərəfindən verilən bu fürsəti yetərincə dəyərləndirəndə, hüquqları pozulmuş, haqsızlıqla üz-üzə qalan vətəndaşın səsini ictimailəşdirəndə və yaxud yaşadığı ömür yolu, fəaliyyəti dəyərləndirilməyə layiq şəxsləri ictimailəşdirib, onların şərəfli və gərəkli ömür yolunu işıqlandıranda qürur hissi keçirirəm. Belə insanlarla bağlı yazdığım hər cümlədə, söylədiyim hər fikirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sözlərini xatırlamamaq haqsızlıq olar:
"Mən xalqımın xidmətçisiyəm. Bütün məmurlara da dəfələrlə açıq bəyan etmişəm ki, siz xalqın xidmətçilərisiniz. Gedin xalqa ləyaqətlə xidmət edin. Kim xidmət etmirsə, o, vəzifədən dərhal çıxarılır. Ona görə də əgər Prezident və hər hansısa bir rəsmi şəxs xalqa ləyaqətlə xidmət edirsə və xalq da onu bəyənirsə, o, gərək öz fəaliyyətindən, öz vəziyyətindən arxayın olsun. Bu arxayınlıq, əminlik məndə də var".
Mən, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu dəyərli sözlərini xatırlamağım heç də təsadüfi, sözgəlişi deyil. Əlbəttə ki, cənab Prezidentimizin işlətdiyi bu dahiyanə söz mənə nəinki ideya verdi, eyni zamanda məndə əminlik, işimə daha da bağlılıq yaratdı. Və mən qəti qərara gəldim ki, zəngin təbiəti, yeraltı və yerüstü sərvətləri, əlverişli coğrafi mövqeyi ilə bütün dünyanın diqqət mərkəzində olan Odlar Yurdu Azərbaycanın ən qiymətli sərvəti olan vətəndaşlarının gələcək nəsillərə örnək olacaq şərəfli ömür yollarını işıqlandıracaq yazılarla çıxış edim. Və bu amalla yola çıxdım. Xeyirxah, mərhəmətli vətəndaşları olan Azərbaycanımızın inkişaf etmiş ölkələr sırasında adı hallanmağa,öndə getməyə layiqdir.
Və mən bir yazar olaraq qarşıma məqsəd qoydum ki,daima axtarışda olacaq,cəmiyyətimiz,xalqımız-Azərbaycanımız üçün yararlı olan xeyirxah, mərhəmətli,tərəqqipərvər insanların keçdiyi şərəfli və gərəkli ömür yolu, həyata baxışları, qabaqcıl fəaliyyəti, iş üsulları, cəmiyyətdəki mövqeləri və yaşam tərzindən bəhs edən yazılarla çıxış edim.
Ümidvaram ki, İctimailider.az-ın bütün oxucu kütləsi haqqında qələmə aldığım hər bir insanın keçdiyi ömür yolunu, fəaliyyətini xalqa xidmət kimi dəyərləndirəcək.
Elə insanlar var ki, onlar sanki xüsusi bir missiya ilə dünyaya gəlirlər. Onların dünyaya gəlişi nəinki bir evin, eyni zamanda bəşəriyyətin, bir ölkənin, bir xalqın, bir elin, obanın zülmətdən aydınlığa çıxmasını təmin edir. Azərbaycanda belə şəxsiyyətlərin siyahısı tarixi xronoloji ardıcıllığı nəzərə almasaq, Azərbaycan Respublikasının Ümummilli lideri dahi Heydər Əliyevin adı ilə başlayır. Və bu şəxsiyyətlərin tarixdə rolunu, varlığını qiymətləndirənlər, onlardan öyrənənlər, nümunə götürənlər xalqın gözündə ucalır, qazandıqları nailiyyətlərlə xalqa, millətə, Vətənə göstərdikləri xidmətlərlə görkəmli şəxsiyyətə çevrilirlər.
Belə insanlardan biri də Vətənimiz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda- II Vətən müharibəsində çətin və şanlı bir dövrdə Azərbaycan ordusuna maddi və mənəvi dəstək göstərməsi ilə öz vətənpərvərliyini bəyan edən, hazırkı günə qədər Şəhid ailələrinə, qazilərimizə, veteranlarımıza əlindən gələn köməyini əsirgəməyən dəyərlimiz, Şəmkir torpağının yetirməsi,
Azərbaycan Su Ehtiyatları Aganetliyinin Şəmkir rayonunda fəaliyyət göstərən Maşın-Kanalı İstismarı İdarəsinin rəisi Rəşad Vəliyevdr.
Amalı xalqa, Vətənə sədaqətlə xidmət etmək olan bu insan zəngin və şərəfli ömür yolu keçib.
Sadəlik insanın gözəlliyi, təvazökarlıq isə təbiəti, xarakteridir. Hər iki xüsusiyyət yazımın qəhrəmanı olan bu dəyərli insanda var.
Bəli, öz işinin öhdəsindən layiqincə gələn, adı xeyirxahlıqla qoşa hallanan Rəşad müəllim heç nəyə biganə yanaşmır, hər zaman şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara xüsusi qayğı göstərir, heç kəsdən bacardığı köməkliyi əsirgəmir.
Bəli, ona müraciət edən hər kəsə doğma insanı kimi münasibət bəsləyən bu dəyərli insan onların hər birinə qayğı ilə yanaşır, səmimi rəftar edir. O, sözünün qədir-qiymətini bilən insandı. Onun sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçib, zaman dəyişsə də Rəşad
müəllim dəyişməz qalır.
Onun ən yaxşı xüsusiyyətlərindən biri də jurnalistlərin ürəyini fəth edə bilməsidir. Heç zaman jurnalistlərdən qaçmaz, onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır.
Ən əsas xüsusiyyəti isə dəqiqliyi, qərəzsizliyi, obyektivliyi çox sevir və bütün qələm sahiblərinə bunu tövsiyyə edir. Ağa ağ, qaraya qara demək lazımdır, yalan məlumatlar cəmiyyətə, insanlara və gələcək nəsillərə zərər gətirər, deyə, tövsiyyə edir. Mənim belə bir insan haqqında yazmaq istəməyimin əsas səbəbi də məhz Rəşad Vəliyev şəxsiyyətinin dəyişməz xarakterli olması, hər kəsə eyni gözlə baxması, etdiyi hər hansı bir iş olur-olsun heç bir təmənna gözləməməsi, heç kəsdən əlindən gələn köməyini əsirgəməməsidir.
Mən bir yazar olaraq fəaliyyəti dövründə özünün yüksək mədəniyyəti,işində peşəkarlığı,heyrətləndirici əmək qabiliyyəti, sadəliyi, təvazökarlığı və humanistliyi ilə fərqlənən bu dəyərli insanıa sağlıqlı uzun ömür diləyir, etdiyi bütün xeyirxahlıqların Allah dərgahında qəbul olmasını arzulayıram. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi məsuliyyət tələb edən çətin və həyat üçün vacib olan məsuliyyətli işində uğurlar arzulayıram.
Şərəfli fəaliyyətiniz, ləyaqətli ömrünüz uzunömürlü, davamlı olsun, Rəşad müəllim!

İsrail İranın qərbində 40-dan çox hərbi obyektə zərbə endirib
İsrail İranın qərbində 40-dan çox hərbi obyektə zərbə endirib
“Mərcan” Klinikasında əməliyyatlar qanunsuz aparılıb: Nigar Məhəmmədova barəsində araşdırma aparılır……
“Mərcan” Klinikasında əməliyyatlar qanunsuz aparılıb: Nigar Məhəmmədova barəsində araşdırma aparılır……
Böyük Britaniya diplomatlarının ailə üzvləri İsraildən çıxarılıb
Böyük Britaniya diplomatlarının ailə üzvləri İsraildən çıxarılıb
“Rövşanoğlu Holdinq”ə məxsus “Gold Palace” şadlıq sarayında pozuntular aşkarlandı
“Rövşanoğlu Holdinq”ə məxsus “Gold Palace” şadlıq sarayında pozuntular aşkarlandı
SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA
SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA
SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA
SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA
İlham Əliyev Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunan konfransın iştirakçılarına müraciət ünvanlayıb
İlham Əliyev Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunan konfransın iştirakçılarına müraciət ünvanlayıb
Sabunçuda növbəti dəfə dağ ərazisi satılır?-Video
Sabunçuda növbəti dəfə dağ ərazisi satılır?-Video