kanal1

Sabunçuda növbəti dəfə dağ ərazisi satılır?-Video

Tarix:Bu gün, 15:49
Baxış Sayı:0

Nardaran ərazisindəki qayalığın satışa çıxarılması ilə bağlı xəbərlər yayılıb.

Bununla əlaqədar Real TV süjet hazırlayıb.

Qeyd edilib ki, ölkəmizdə qayayadırmanma əraziləri çox azdır. Bunlardan biri də Nardaran ərazisində yerləşir. Yerli alpinistlər məhz bu təbiət abidəsinin əlverişli relyefinə görə qayalığa məşq etmək və yarışlara hazırlanmaq üçün üz tutur.

Satışla bağlı rəsmi elan paylaşılmasa da, bu xəbər vətəndaşları narahat edib.

İdmançı Leyla Əhmədova deyir ki, onlar bu ərazini qorumasalar, gələcəkdə bu idman növü inkişaf etməyəcək: “Biz qorxuruq ki, sabahı gün bizim imkanımız olmayacaq ki, gələk burada məşq edək. Nardarandakı qaya təbiətin bir hissəsidir, biz buranı necə sataq? Bura hər insan üçün əlçatan olmasa, insanlar buraya gəlməsə, ümumiyyətlə, problem olar”.

Alpinizm Federasiyasının rəsmiləri də qayalığın satışa çıxarılmasını düzgün hesab etmir. Onlar vurğulayır ki, idmançılar təbii qayalıqlardan məhrum olunmamalıdır. Həmçinin onlar bu narazılıqlarını lazımi qurumların diqqətinə çatdırıb.

Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, hər hansı məqsəd üçün torpaq sahəsinin ayrılması və özəlləşdirilməsi RİH başçısının səlahiyyətləri daxilində deyil. Nardaran zirvəsinin zəbt olunması ilə bağlı yayılan iddialar isə şayiədir: “Yaşayış evləri, ticarət, məişət və s. obyektlərin tikintisi üçün nəzərdə tutlmayan torpaq sahələrinin zəbt edilməklə tikinti işlərinin aparılmasının qarşısının alınması istiqamətində nəzarət gücləndirilib. Bu sahədə Rayon İcra hakimiyyəti tərəfindən mütəmadi olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada qabaqlayıcı tədbirlər və monitorinqlər həyata keçirilir”.

Qeyd edək ki, Nardarandakı qaya paytaxt ərazisində satışa çıxarılan ikinci təbiət abidəsidir. Digər qaya isə “Bakıxanov dağı” kimi tanınan “Kühül dağ”ıdır.(Real TV)
Daha ətraflı videomaterialda:

İsrail İranın qərbində 40-dan çox hərbi obyektə zərbə endirib
İsrail İranın qərbində 40-dan çox hərbi obyektə zərbə endirib
“Mərcan” Klinikasında əməliyyatlar qanunsuz aparılıb: Nigar Məhəmmədova barəsində araşdırma aparılır……
“Mərcan” Klinikasında əməliyyatlar qanunsuz aparılıb: Nigar Məhəmmədova barəsində araşdırma aparılır……
Böyük Britaniya diplomatlarının ailə üzvləri İsraildən çıxarılıb
Böyük Britaniya diplomatlarının ailə üzvləri İsraildən çıxarılıb
“Rövşanoğlu Holdinq”ə məxsus “Gold Palace” şadlıq sarayında pozuntular aşkarlandı
“Rövşanoğlu Holdinq”ə məxsus “Gold Palace” şadlıq sarayında pozuntular aşkarlandı
SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA
SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA
SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA
SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA
İlham Əliyev Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunan konfransın iştirakçılarına müraciət ünvanlayıb