kanal1

30 ildir səfir olan 73 yaşlı Tamerlan Qarayev….

Tarix:Dünən, 16:00
Baxış Sayı:0


Ölkədə başladılan kadr dəyişiklikləri mütəmadi davam edir.

Ötən dövrlərdə pensiya yaşı çatmış məmurlardan öz ərizəsi ilə işdən ayrılanlarda oldu. Lakin pensiya yaşı çatmış məmurlar vəzifədə olmanın son yaş hədddini keçənlərdə var. Son vaxtlar bir neçə rəhbər vəzifələrə daha gənc mütəxəssislərin gətirilməsi və islahatların davamı hesab olunur. Həmçinin nazir və müavinləri postlarına da yeni kadrların təyinatı davam edir.

XALQ-ın araşdırmalarına görə pensiya yaşını keçmiş və vəzifədə olan bir çox icra başçısı,səfir və digər rəhbər vəzifələrdində işini davam etdirir.

Pensiya yaşı keçmiş vəzifəli şəxslər barədə araşdırmalarımızı təqdim edirik.

Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev.

1993 -cü ildən vəzifədə olan 73 yaşlı Tamerlan Qarayev 30 ildir ki, səfirdir.

Tamerlan Qarayev 1952-ci il yanvarın 30-da Ağdam rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–1978-ci illərdə Bakı Prokurorluğunda İstintaq şöbəsində prokuror işləmişdir. 1978–1991-ci illərdə ADU-nun Cinayət hüququ kafedrasında müəllim, baş müəllim, dosent, fakültə dekanının müavini olmuşdur. 1991–1993-cü illərdə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, birinci müavini vəzifələrində çalışmış, həm də 1992–1993-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olub. 1993-cü ildə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verilib. 1993–2001-ci illərdə Çində, 2004–2011-ci illərdə Hindistanda, 2011–2018-ci illərdə İndoneziyada səfir olmuşdur. 2018-ci ildən isə Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışır Hüquq elmləri namizədidir. Evlidir, 2 övladı var.(Xalq.online)

“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
“AF BEACH HOTEL”də Aynur Dadayeva işçilərin maaşını vermir
“AF BEACH HOTEL”də Aynur Dadayeva işçilərin maaşını vermir
Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
Yeni Klinikanın həkimi vətəndaşı şikəst edib: Azad Məlikov bizi təhqir etdi, dedi ki...
 Tərtərdə məmurlar ƏL-ƏLƏ VERİB.. . BÜDCƏNİ DAĞIDIRLAR
 Tərtərdə məmurlar ƏL-ƏLƏ VERİB.. . BÜDCƏNİ DAĞIDIRLAR
FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
FHN-in Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsində milyonların oyunu gedir
Bilgəh Kardioloji Sanatoriyasından Şikayət: Afiyəddin İsgəndərov özü bildiyi kimi idarə edir….
Bilgəh Kardioloji Sanatoriyasından Şikayət: Afiyəddin İsgəndərov özü bildiyi kimi idarə edir….
30 ildir səfir olan 73 yaşlı Tamerlan Qarayev….
30 ildir səfir olan 73 yaşlı Tamerlan Qarayev….