kanal1

“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!

Tarix:Bu gün, 09:37
Baxış Sayı:0


"“National Prime Hospital” adlı klinika ilə bağlı şikayətimi bildirmək istəyirəm". "Dia-az" xəbər verir ki, bu barədə Aylin Elçin adlı sosial şəbəkə istifadəçisi gileylənir.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Dünən (srağagün nəzərdə tutulur -red.) bizə həmin klinikada əməliyyat günü təyin olunmuşdu. Əməliyyat ödənişini kartla həyata keçirməyi planlaşdırmışdıq.

Ödəniş üçün kassaya yaxınlaşdıq. Orada bizə ödənişi yalnız nağd şəkildə qəbul etdiklərini bildirdilər. Halbuki, terminal qarşımızda idi. Terminal nə üçün olduğunu soruşanda isə, digər ödənişlər üçün olduğunu bildirdilər və səbəbini “orada həkimin xərcləri var” dedilər.

Əməliyyat üçün ödənişi posterminal vasitəsi ilə qəbul etməyə dəfələrlə imtina etdilər. Bizə dedilər ki, başqa kabinetə qalxmalıyıq, oradan icazə almalıyıq. Pasient niyə ödəniş etmək üçün xüsusi bir icazə almalıdır? Əgər bir klinika xəstəyə uyğun olanı yox, özlərinə sərf edəni edirsə, bu artıq çox şeyi deyir. Xəstəyə bu cür yanaşma tibbi xidmətdə qəbuledilməzdir. Əgər başlanğıcda belədirsə, əməliyyat və ümumi tibbi proses zamanı münasibət necə olacaq sualı yaranır?

Təbii ki uzun mübahisə və stressdən sonra biz oranı tərk etdik, baxmayaraq ki analizlərə və həkim qəbuluna ödəniş etmişdik. Stressli şəkildə pasiyenti əməliyyata yola salmaq düzgün hesab etmirəm, xüsusilə nəzərə alsaq ki, həmin şəxs bütün günü ac qalıb, əməliyyat gözləyir və stres altındadır.
Bu məsələ birbaşa böyük məbləglərə aid vergi öhdəliklərindən yayınma şübhəsi doğurur və xəstənin hüquqları pozulmuş olur".

"Dia-az" qeyd edir ki, “National Prime Hospital”ın adı buna qədər də müxtəlif qanun pozuntularında hallanıb və hal-hazırda bu "tibb ocağının" vergidən külli miqdarda vəsait yayındırdığı faktdır.

Mövzuya qayıdacağıq...

Dia-az

Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız
Sabahdan 5 saat 36 dəqiqəyə Qazaxda olacaqsınız
216 saylı məktəbdə nələr baş verir? -TƏFƏRRÜAT
216 saylı məktəbdə nələr baş verir? -TƏFƏRRÜAT
KİV: İsrail Təbrizə yeni zərbələr endirib
KİV: İsrail Təbrizə yeni zərbələr endirib
“Nur” çörəyin içindən polietilen paket çıxdı-Video
“Nur” çörəyin içindən polietilen paket çıxdı-Video
KİV: İranın iki raketi İordaniya və Suriyaya düşüb
KİV: İranın iki raketi İordaniya və Suriyaya düşüb
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!
6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT
“AF BEACH HOTEL”də Aynur Dadayeva işçilərin maaşını vermir
“AF BEACH HOTEL”də Aynur Dadayeva işçilərin maaşını vermir