kanal1

“İrşad”dan ŞİKAYƏT – “Satdıqları “İphone 15 Pro”nu təmir edir, nə də dəyişirlər”

Tarix:10-06-2025, 17:19
Baxış Sayı:1


“İrşad” mağazalar şəbəkəsindən şikayət var.

Müraciət edən alıcı Ülvi Həsənov deyir ki, ötən ilin avqustunda mağaza ona qüsurlu telefon satıb. Bu azmış kimi problemli telefon aylardır nə təmir edilir, nə də əvəzində yenisi verilir. Nəticə etibarilə isə alıcı telefonsuz qalıb.

İstehlakçının sözlərinə görə ötən il 16.08.2024 tarixində “İphone 15 Pro” markalı telefon almaq üçün “İrşad” mağazalar şəbəkəsinin Xətai metrosu yaxınlığındakı filialına yaxınlaşıb. Almaq istədiyi rəngdə telefon həmin ünvanda olmadığı üçün vətəndaş məhsulu mağazanın Neftçilər metrostansiyası ərazisindəki filialından əldə edib.

İddiasına görə 7 aydan sonra telefonda problem yaranıb və bu qüsurun istehsalçı qüsuru olduğu elə mağaza tərəfindən də sübut olunub. İstehlakçı telefonu qızıl zəmanətlə aldığı və bunun üçün əlavə 450 AZN pul ödədiyi halda hələ də telefon təmir olunmayıb və ya alıcının ondan imtina istəyi dəstəklənməyib:

“Telefonun ekranı heç bir zədə olmadan yanıb, bu qüsur istehsalçı qüsurudur. İki aydan çoxdur telefonu təmirə vermişəm, təmir müddəti uzanıb. Sonra telefondan imtina etmək istədiyimi dedim. Çünki telefondakı qüsur istehsalçı qüsurudur, əlimdə bunu təsdiq edən fakt var. Qızıl zəmanətin şərtlərində də var ki, müəyyən müddət ərzində təmir mümkün deyilsə, məbləğin bir hissəsi ödənilir. Yəni bu hissələr vaxta görə müəyyən edilir. Təmirə ilk başda razılıq verdim, amma onu da eləmədilər”.

Ülvi Həsənov bildirir ki, müqavilədə 15 iş günü ərzində telefonun təmir olunacağı yazılsa da, iki aydır təmir də olunmur:

“Yubandığı üçün telefondan imtina etdim. Dəyişdirilməsini və yenidən kredit ödənişinə başlamaq istədiyimi bildirdim. Telefonun dəyəri 2700 manatdır, əlavə olaraq da 450 manat qızıl zəmanət də götürmüşəm. Daha doğrusu, 18 aylıq kreditlə almışam. Amma nə yenisi ilə əvəzlənir, nə də telefondakı problem aradan qaldırılır. Halbuki kredit ödənişi üçün hər ay mənə zəng edirlər. Məndə olmayan cihaza görə necə kredit ödəyim?

Üstəlik, buna görə 50 manata yaxın cərimə də yazıblar. Mənə bu müddət ərzində əvəzedici telefon da verməyiblər, özüm də 15 ildən çoxdur həmin mağazalar şəbəkəsinin müştərisiyəm”.

Məsələ ilə bağlı “İrşad” mağazalar şəbəkəsi ilə əlaqə saxladıq. Mağazadan Bizim.Media-ya bildiriblər ki, müştərinin məlumatında yanlışlıq var:

“Müştərimiz olan Ülvi Həsənovun bildirdiyi məlumatda yalnışlıq var. Sizə bildirib ki, qızıl zəmanətlə alınıb, lakin təmir edilmir. Təmirin imtinası dəstəklənmir və uzun müddət servisdə qalıb. Əslində zəmanət daxilində smartfonun təmirini biz reallaşdırırıq, ancaq təmir edilməsindən müştəri özü imtina edib. Servisdə uzun müddət qalması da təmirdən imtina edilməsi deməkdir və bu məlumat müştəriyə dəfələrlə bildirilib”.Bizim.Media-ya

Alen Berse: Avropa Şurası Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir
Alen Berse: Avropa Şurası Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir
Kommunal xidmətlərdən istifadə olunmasada ödəniş alınacaq?
Kommunal xidmətlərdən istifadə olunmasada ödəniş alınacaq?
DƏYİRMAN BİLDİYİNİ EDİR,ÇAX-ÇAX BAŞ AĞRIDIR...MƏKTƏB ,YOXSA, BAZAR? 318 SAYLI MƏKTƏBDƏ VÜSALƏ HƏSƏNOVANIN VALİDEYNLƏRDƏN RÜŞVƏT TƏLƏB ETMƏSİNDƏN MƏKTƏB DİREKTORUNUN XƏBƏRİ VARMI?ORTA MƏKTƏBLƏRDƏ NƏ BAŞ VERİR?
DƏYİRMAN BİLDİYİNİ EDİR,ÇAX-ÇAX BAŞ AĞRIDIR...MƏKTƏB ,YOXSA, BAZAR? 318 SAYLI MƏKTƏBDƏ VÜSALƏ HƏSƏNOVANIN VALİDEYNLƏRDƏN RÜŞVƏT TƏLƏB ETMƏSİNDƏN MƏKTƏB DİREKTORUNUN XƏBƏRİ VARMI?ORTA MƏKTƏBLƏRDƏ NƏ BAŞ VERİR?
Sabirabadda mağazada meyit tapılıb.
Sabirabadda mağazada meyit tapılıb.
QAZİNİ ALDADIB, MAĞAZASINI SÖKDÜLƏR... - İcra başçısı gündəlik çörəkpulu qazanmaq üçün yer vermişdi, rəhbər şəxslər mane oldular / VİDEO
QAZİNİ ALDADIB, MAĞAZASINI SÖKDÜLƏR... - İcra başçısı gündəlik çörəkpulu qazanmaq üçün yer vermişdi, rəhbər şəxslər mane oldular / VİDEO
Polşa Seymi Tuskun hökumətinə etimad göstərib
Polşa Seymi Tuskun hökumətinə etimad göstərib
TDT-nin Bakıda keçirilən tədbirində Orta Dəhlizin strateji rolu müzakirə edilib
TDT-nin Bakıda keçirilən tədbirində Orta Dəhlizin strateji rolu müzakirə edilib
Tramp İranla müharibə istəmədiyini dedi
Tramp İranla müharibə istəmədiyini dedi