kanal1

DƏYİRMAN BİLDİYİNİ EDİR,ÇAX-ÇAX BAŞ AĞRIDIR...MƏKTƏB ,YOXSA, BAZAR? 318 SAYLI MƏKTƏBDƏ VÜSALƏ HƏSƏNOVANIN VALİDEYNLƏRDƏN RÜŞVƏT TƏLƏB ETMƏSİNDƏN MƏKTƏB DİREKTORUNUN XƏBƏRİ VARMI?ORTA MƏKTƏBLƏRDƏ NƏ BAŞ VERİR?

Tarix:Dünən, 10:00
Baxış Sayı:38

Sosial şəbəkələrdə Suraxanı rayonu 318 nömrəli Tam orta məktəbin İbtidai sinif müəllimi Vüsalə Həsənova 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı hər uşaqdan 20 manat və eyni zamanda valideynlərdən əlavə olaraq 20 manatdan ümumi məbləğ 500 manat olmaqla pul yığıb, özünə ailəvi restoranlardan birində açıq havada doğum gününü qeyd edib-kimi məlumatlar yayılmışdı.Hətta onu da qeyd edirlər ki,hələ bu son deyil,yəni Vüsalə müəllimə 8 mart Beynəlxalq Qadınlar günü və digər bayramlarda da özünə xüsusi hörmət edilməsi üçün valideyn komitəsi ilə xüsusi iş birliyi edir.Yəni, 2 D sinfində bir çox adlarla pul yığımı adəti hal alıb.
Bir sözlə, Dəyirman bildiyini edir, çax-çax baş ağrıdır!- fikri 318 saylı Tam orta məktəbdə əməlli başlı hökm sürür.
Elm və Təhsil Naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, məktəblərdə rüşvət halı ilə bağlı hər bir müraciət araşdırılır. Şəffaflığın təmin olunması üçün müvafiq addımlar atılır."
Emin Əmrullayev onu da qeyd edib ki, Məktəblərdə pul yığımı qanun pozuntusudur .Bunun üçün qayda olmalıdır. Təhsil elədir ki, nə qədər resurs gəlirsə, o qədər də nəticə olur. Bu yığım qeyri-qanuni olmamalı, şəffaf olmalıdır! - açıqlamasını bir yazar olaraq öz-özümə şərh etməyə çalışdım. Əslində heç bir məntiqi cavabını tapa bilmədim.Əgər dövlətimiz məktəblərə lazımi maliyyə vəsaitini ayırıb, qayğı göstərirsə məktəblərdə könüllü və ya qeyri könüllü həyata keçirilən pul yığımı qəbulediləndirmi? Son zamanlar məktəblərdə direktorlar və ya hər hansı bir müəllimlər tərəfindən həyata keçirilən bu xoşagəlməz "adət-ənənə"lərin,yəni, pul yığımının qarşısı nə üçün alınmır?
Mənim fikrimcə bu mövzuya mətbuat səhifələrində geniş yer ayrılmalı və bu mövzu aktuallaşmalıdır.
Məktəblərdə direktor və ya pedaqoji heyət tərəfindən belə bir hal baş verərsə, onlar haqqında ciddi cəza tədbirləri görülməlidir.
Təhsil və rüşvət anlayışı eyni yerdə olarsa, bu zaman orada diqqət təhsilə deyil, rüşvətə yönələcək.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

“Olympus” MTK “rəhbəri” Rəfael Qarayev: “Mənim barəmdə deyilənlərin hamısı yalandır”
“Olympus” MTK “rəhbəri” Rəfael Qarayev: “Mənim barəmdə deyilənlərin hamısı yalandır”
Nizami rayonunda uşaq baxçasında acınacaqlı durum-Video
Nizami rayonunda uşaq baxçasında acınacaqlı durum-Video
“Qala Sığorta”dan şikayət - İmişli sakinini get-gələ salır, avtomobilə dəyən ziyanı ödəmir - FOTOLAR
“Qala Sığorta”dan şikayət - İmişli sakinini get-gələ salır, avtomobilə dəyən ziyanı ödəmir - FOTOLAR
Saeid Nakhjavani vergidən necə yayınır?
Saeid Nakhjavani vergidən necə yayınır?
Naxçıvan Həmkarlar İttifaqından ŞİKAYƏT: “İdarə və müəssisələrdə həmkarlar adına yığılan pullardan işçilər heç cürə yararlana bilmir. "
Naxçıvan Həmkarlar İttifaqından ŞİKAYƏT: “İdarə və müəssisələrdə həmkarlar adına yığılan pullardan işçilər heç cürə yararlana bilmir. "
KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO
KEÇMİŞ DİREKTOR ELƏ BİR ŞEY ETDİ Kİ..: ŞOK FAKTLAR!!! - BÜTÜN DETALLARI İLƏ...VİDEO
Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib?-VİDEO
Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib?-VİDEO
Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir?
Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir?