kanal1

Tramp İranla müharibə istəmədiyini dedi

Tarix:11-06-2025, 18:10
Baxış Sayı:0


ABŞ Prezidenti Donald Tramp İranla silahlı münaqişənin əleyhinə olduğunu, lakin nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün Tehranla razılığın mümkünlüyünə şübhə etdiyini deyib.

Donald Tramp bunu “The New York Post” qəzetinin “Pod Force One” podkastının efirində söyləyib.

“İndi bir neçə ay əvvəl olduğum qədər nikbin deyiləm və Tehranla razılaşmanın olacağına əminliyim azalıb. Razılaşma baş tutmasa da İran nüvə silahlarına sahib olmayacaq. Əlbəttə, hər şeyi müharibəsiz, itkisiz həll etmək daha yaxşıdır”, - deyə ABŞ Prezidenti bildirib.

Xatırladaq ki, İran və ABŞ nümayəndələri mayın 23-də Romada Tehranın nüvə proqramı ilə bağlı danışıqların beşinci raundunu keçiriblər. Danışıqlarda vasitəçi qismində çıxış edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi məsləhətləşmələrdə müəyyən irəliləyişə nail olunduğunu açıqlayıb. Onun iranlı həmkarı isə öz növbəsində bir neçə görüşdən sonra Tehran və Vaşinqtonun müsbət nəticəyə ümid etdiklərini vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqların altıncı raundunun iyunun 15-də Omanın paytaxtı Maskatda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bir müddət öncə, İranın müdafiə naziri Əziz Nəsirzadə ABŞ-la müharibə olacağı təqdirdə Birləşmiş Ştatların Yaxın Şərqdəki bütün hərbi bazalarının hücuma məruz qalacağını deyib.

Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib?-VİDEO
Xətai rayonu Gəncə Prospektində qanunsuz tikintiyə icra başçısı icazə verib?-VİDEO
Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir?
Nərimanov rayonunda qanunsuz tikintilərə Manaf Manafov nəzarət edir?
Azərbaycanda sosial müavinətlər artırılıb
Azərbaycanda sosial müavinətlər artırılıb
Şuşanın “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” olması ilə bağlı tədbirlər planı hazırlanacaq
Şuşanın “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” olması ilə bağlı tədbirlər planı hazırlanacaq
SDU-da şübhəli satınalma –Bir aylıq MMC ilə müqavilə bağlayır
SDU-da şübhəli satınalma –Bir aylıq MMC ilə müqavilə bağlayır
Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubova qadağa -SƏBƏB
Bioloji Təbabət Klinikasının rəhbəri Elxan Yaqubova qadağa -SƏBƏB
“Coffeemania” qaydaları pozdu
“Coffeemania” qaydaları pozdu
 Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...
 Adil Vəliyevin XARABA QOYDUĞU SABUNÇU... - ÖZBAŞINA QALIBLAR...