kanal1

Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...

Tarix:15-05-2025, 14:31
Baxış Sayı:0


Bakı şəhəri 248 nömrəli tam orta məktəbin direktoru və müavininin rüşvət alması barədə iddialar yayılıb.

Tezadlar.az daxil olan məlumatda bildirilir ki, direktor və müavini qeyri-qanuni işlərlə – dərs saatlarının pul qarşılığında satılması, məktəbə gəlməyən şagirdlərin 1500-2000 manat dəyərində sözügedən şəxslərə pul verməsi və attestatların 20-30 manat qarşılığında təhsilalanlara verilməsi kimi işlərlə məşğuldurlar.

İddialara cavab almaq üçün Bakı Şəhər Təhsil İdarəsinə və məktəbə sorğu ünvanladıq.

Məktəbdən bildirildi ki, vəsait toplanması ilə bağlı iddialar həqiqəti əks etdirmir:

“Məktəbin nüfuzuna xələl gətirmək üçün yayılan böhtan xarakterli məlumatdır. Bu iddiaların məktəbdə çalışan zaman fəaliyyətində ciddi nöqsanlara yol verdiyi üçün əmək müqaviləsinə xitam verilmiş sabiq işçi tərəfindən yayıldığı düşünülür”.

Bakı Şəhər Təhsil İdarəsinin cavabında isə qeyd olundu ki, təhsil müəssisələrində qanunvericiliyin tələblərinə uyğun idarəetmə prinsiplərinə əməl olunmasına ciddi nəzarət edilir:

“Təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı valideynləri narahat edən hər hansı hal olarsa, 146-1 saylı telefon vasitəsilə Çağrı Mərkəzinə anonim olmadan müraciət edilməsi tövsiyə olunur.

Qeyd edək ki, qanunvericiliyin tələblərinə uyğun olaraq anonim məlumatlar istisna olmaqla, daxil olan bütün müraciətlər operativ şəkildə araşdırılır və müvafiq tədbirlər görülür”.

Xatırladaq ki, bundan əvvəl Bakıda “Son zəng” tədbirləri üçün rüşvət yığılması barədə xəbərlər yayılıb.

Tezadlar.az

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı