kanal1

Milyonluq tenderləri udan "SMTS" MMC kimə məxsusdur? -nizamnamə kapitalı 10 manat idi

Tarix:15-05-2025, 13:03
Baxış Sayı:0



Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 5 və 6-cı məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisini aparacaq şirkətin adı açıqlanıb.

36.536.755,81 manat dəyərindəki layihəni "SMTS” MMC reallaşdıracaq.
Tikinti üzrə işlərin 2026-ci ilin iyun ayının 30-na qədər sonlandırılması nəzərdə tutulur.
Qeyd edək ki, "Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin elan etdiyi tenderin ilkin qiyməti 42.881.950,42 AZN olub.
Onu da bilidrək ki, "SMTS” MMC "Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 1 və 2-ci məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin də qalibi olub. Bu layihədə işlərin dəyəri 36.586.240,32 AZN-dir. İşlərin növəti ilin iyununa qədər tamamlanması nəzərdə tutulur.
İl başlayandan "SMTS" MMC ümumilikdə üç böyük tenderin qalibi olub. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin 33 mərtəbəli inzibati binasında quraşdırılan avadanlıqlara, texniki infrastruktura 2025-ci il ərzində servis xidməti və təmir işlərinin satın alınması üzrə müsabiqənin qalibi də bu şirkətdir. Sifarışin qiyməti 4.305.773,71 AZN-dir.
Xatırladaq ki, 2024-cü ildə eyni servis xidmətini şirkət Dövlət Xidmətinə 3.777.997,33 manata icra edib.
Eləcə də "AzİnTeleCom" MMC ilə hökumət buludu layihəsi çərçivəsində tikinti işləri üçün hazırlıq işlərinin satın alınması üzrə keçirilən müsabiqəyə görə, şirkət 6 milyon 348 min 960 manatlıq müqavilə bağlayıb.
"SMTS” MMC 2013-cü ildə "Əmlak Məsələləri Dövlət Komitəsi”nin 33 mərtəbəli İnzibati Binasının (Property Tower) inşaası ilə bağlı elan etdiyi tenderin də qalibi olub.
MMC 2007-ci ildə qeydiyyatdan keçib. Qanunu təmsilçisi Ağalar Allahyarovdur. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun dövlət reyestrinə daxil edilən məlumatlarında 2025-cü ilin fevral ayının 17-nə qədər şirkətin nizamnamə kapitalının 10 manat olduğu göstərilib. 2025-ci ilin mart ayının 3-dən isə MMC-nin nizamnanı kapitalı 612435 manat təşkil edib.
"SMTS" MMC Cənubi Qafqazın ən hündür göydələni hesab edilən 50 mərtəbəli "Baku Tower” İş mərkəzini, Qalaaltı Otel&SPA İstirahət və Müalicə Kompleksini, Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsi binasının tikintisini icra edib.(Teleqraf)

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı