kanal1

İmişlidə SSRİ bayrağı qaldıran Saleh Səmədov kimdir? — ŞOK DOSYE, AÇIQLAMA

Tarix:13-05-2025, 17:20
Baxış Sayı:2


İmişlidə 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib.

SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Tədbirdə, həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edib.

Modern.az məsələ ilə əlaqədar Saleh Səmədovla əlaqə saxlayıb. O bildirib ki, burada heç bir pis şey yoxdur. “Bunun nəyi pisdir ki? SSRİ kimi böyük dövlət olub, onun bayrağıdır”, – Saleh Səmədov qeyd edib.

Saleh Səmədov sonda jurnalistləri təhqir edib: “İkincisi, bunun sizə nə aidiyyəti var. Boş-boş işlərlə məşğul olursunuz”.
Tribunainfo.az media resurslarında yayılan xəbərlərə əsasən S.Səmədov haqda bəzi məlumatları dəqiqləşdirib.
O, ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sabirabad ərazi sınaq və sertifikatlaşdırma şöbəsinin müdiri işləyib. S.Səmədov keçmiş icra başçısı Əbülfəz Ağayevin dövründə icra başçısının müavini də olub.

Saleh Səmədov 1962-ci ildə anadan olub. Bioqrafiyasında Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və Azərbaycan Respublikası Prezidenti yanında Ali İdarəetmə Akademiyasının məzunu olduğu qeyd edilib. 1992-2003-cü illərdə Respublika Bazarlar İdarəsinin rəisi, Bakı Baş Ticarət İdarəsi rəisinin müavini, Səbael rayon Ticarət və Ictimai Iaşə Idarəsinin rəisi, Nərimanov rayon Ticarət Departamentinin rəisi, Bakı şəhəri Ekspertiza və Sertifikatlaşdırma İdarəsinin rəisi vəzifələrində çalışıb..Vəzifə tutmaq, hakimiyyət “olimpinə” dırmaşmaq işinin əsas qayəsi olub. Nəhayət istəyinə çatıb. Qısa müddət ərzində Imişli Rayon Məşğulluq Mərkəzinə direktor təyinatı alıb.

S.Səmədov 2003-cü ildə “Araz” MMC-ni təsis edib və az sonra cəmiyyətin istehsal müəssisəsi – Imişli konservləşdirilmiş şirələr və konyak zavodu işə düşüb. Deyilənə görə, zavodu həmin vaxtlar Milli Məclisin deputatı olan Musa Musayevlə birgə idarə edirmiş. M.Musayev Naftalan şəhər icra hakimiyyəti başçısı təyin olunanda onu özünə müavin götürür.

Modern.az

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı