kanal1

Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?

Tarix:12-05-2025, 17:17
Baxış Sayı:0


Hazırda ölkəmizdə əsas müzakirə edilən və bir çox hallarda “ədalət prinsipi”nin pozulduğuna dair fikirlər səsləndirilən məsələlərdən biri də yükdaşımalarla bağlıdır. Bəllidir ki, sərnişin daşımalarında olduğu kimi, yük daşımalarında da lisenziya tələb olunur və “icazə” müəyyən müddətə verilir.
İcazənin verilməsi, ümumiyyətlə bu sahəyə nəzarəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) həyata keçirir. Daha əvvəllər bu işə Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) nəzarət edirdi, lakin qurum ləğv edildi və AYNA fəaliyyətə başladı. AYNA müəyən edilmiş qaydalara uyğun olaraq, lisenziya verir və prosesə nəzarət edir. Hətta, icazənin alınması elektron qaydada mümkündür. Bura qədər hər şey normaldır. Normal olmayan isə lisenziyaların verilməsindəki ədalətsizlikdir.
“Van der Val Intl. Transport Bakı” şirkətinə edilən “güzəştlər” bunun real nümunəsidir. Şirkət Niderlandda ofşor şirkəti kimi qeydə alınıb, lakin Azərbaycanda fəaliyyət göstərir və rəhbəri İlqar Rzayevdir. Bu şirkətə Almaniya, Belarus, Bolqarıstan, Çexiya, Gürcüstan, Hollandiya, Macarıstan, Polşa, Rumıniya, Rusiya, Slovakiya və Türkiyəyə yükdaşıma üçün ikitərəfli tranzit icazəsi verilib. Verilən icazə digər şirkətlərlə müqayisədə kifayət qədər geniş imkanlar yaradıb. Halbuki, yük daşımaları sahəsində AYNA-dan tranzit icazəsinin alınmasında böyük çətinliklə üzləşən N qədər şirkət var. Açıq mənbələrdə belə şikayətlər saysız-hesabsızdır.
Sual yaranır, “Van der Val Intl. Transport Bakı” şirkətinə niyə “güzəştlər” edilir?
Bunu anlamaq üçün şirkəti rəhbəri İlqar Rzayevin kimliyinə baxmaq lazımdır. İlqar Rzayev Anar Rzayevin qardaşıdır. Anar Rzayev də AYNA-nın İdarə Heyətinin sədridir. Hər şey bu qədər sadə və bəsitdir. Digər şirkətlərə çoxsaylı qadağalar qoyan Anar Rzayev qardaşının rəhbərlik etdiyi şirkətə geniş tranzit icazəsinin verilməsini təmin edib, daha dəqiq desək, qardaşının rəhbərlik etdiyi öz şirkətinə.

Anar Rzayev 1996-cı ilin avqustundan 2013-cü ilin avqust ayına qədər “Van der Val Intl. Transport Bakı” şirkətinin baş direktoru vəzifəsini icra edib. Daha sonra vəzifəyə təyin ediləndə vəzifəsini qardaşına həvalə edib, yəni onun şirkətini qardaşı idarə edir. Anar Rzayevin özünün bu haqda mediaya etiraf açıqlaması da var.
2022-ci ildə Baku TV-yə danışan Anar Rzayev təsdiq edib ki, 1996-2013-cü illərdə “Van der Val Intl. Transport Bakı” şirkətinə rəhbərlik edib:
“Akademik fəaliyyətlə məşğul olduğuma görə, sözügedən şirkətdən ayrıldım. Doğrudur, hazırda sözügedən şirkətə qardaşım İlqar Rzayev rəhbərlik edir. Bu doğrudur ki, qardaşım orda qalıb işləyir. Mənim şirkətlə əməliyyat, maliyyə və digər əlaqələrim yoxdur. Sadəcə qardaşım oranın rəhbəridir”, – deyə Anar Rzayev bildirmişdi.

Hər şey aydındır. Anar Rzayev öz şirkətini qardaşına həvalə edərək, dövlət qurumunda rəhbərliyə başlayıb və vəzifə səlahiyyətlərindən istifadə edərək, qardaşının idarə etdiyi öz şirkətinə yükdaşımalardan daha çox pay ayırır. Anar Rzayevin məlum açıqlaması, “Van der Val Intl. Transport Bakı” şirkətinə qardaşı İlqar Rzayevin rəhbərlik etməsi və özünün rəhbərlik etdiyi AYNA-nın bu şirkətə geniş tranzit haqları verməsi bütün suallara aydınlıq gətirir./demokrat.az

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı