kanal1

151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO

Tarix:12-05-2025, 13:19
Baxış Sayı:0


Bakının 151 saylı uşaq bağçasında körpələrə vaxtı keçmiş məhsulların verildiyi faktı ifşa olunub. Anaxeber.com-a göndərilən videoməlumatdan görünür ki, istifadəyə yararsız və müddəti keçmiş ərzaq məhsullarından istifadə edilir.

Görüntülərdən də aydın olur ki, yumurtaların və qatıqların istifadə müddəti başa çatıb. Lakin bağça rəhbərliyi onlardan uşaqlar üçün istifadəni rəva bilir. Hər halda, öz ailəsi deyil, ona görə də başqasının körpəsinin başına gələcək hadisəyə laqeyd yanaşır. Videoda toyuq məhsulları da görünür. Belə anlaşılır ki, bu məhsullar ucuz, keyfiyyətsizdir. Üstəlik, ərzağın həcmində yeyintiyə yol verildiyi iddiaları var. Halbuki dövlət büdcəsindən ayrılan vəsait hesabına bu məhsullar bağçaya verilir. Uşaqların qida təhlükəsizliyinə cavabdeh isə bağça rəhbərliyidir. Əslində, AQTA və digər aidiyyatı qurumlar vaxtı keçmiş məhsullardan istifadə edildiyi üçün həmin bağçada araşdırmalara başlamalıdır. Həmçinin, Elm və Təhsil Nazirliyi işə qarışmalıdır.

Videonu təqdim edirik:

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı