kanal1

"İCRA BAŞÇISI TORPAĞIMIZI SATIB" - Cəlilabad sakini:"Mülkümüzün yarısını 218 000 manata satıblar, qalan hissəsini isə..."

Tarix:7-05-2025, 16:15
Baxış Sayı:0


Cəlilabad şəhər sakini Piriyev Zamiq Xudu oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.

Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:

"Cənab Prezident!

Mən, Piriyev Zamiq Xudu oğlu, yazaraq diqqətinizə çatdırıram ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov torpaqlarımızı satıb.

Qeyd edim ki, dövlət tərəfindən atama verilmiş torpaq sahəsi hal-hazırda Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən zəbt edilib. Torpaq kooperativimizin mülkiyyətidir və verildiyi gündən bu vaxta qədər rüsumları ödənilib, qəbzləri də var.

İcra Hakimiyyəti qazilərə torpaq vermək adı ilə bizim torpağımızı əlimizdən alır. Saxta sənəd hazırlayaraq mülkümüzün yarısını 218 000 manata satıblar, qalan hissəsini isə qazi ailələrinə ev yeri olaraq satırlar.

Bizim burada günahımız nədir? Niyə bizlər haqsızlığa düçür olmalıyıq?

Sizdən haqqı yeyilən kənd camaatı adından xahiş edirəm ki, tapşırıq verin, biz insanların çörəyi ilə oynamasınlar.

Dəfələrlə İcra hakimiyyətinə müraciət etmişik. Lakin "gedin hara, kimə şikayət edirsiz, edin" cavabını almışıq. Harda işləyək? Ailəmizi necə dolandıraq. Xahiş edirəm, bununla bağlı biz kənd sakinlərinə kömək edəsiniz".("Hurriyyet")

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.





Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı