kanal1

Bu məktəbdə xəsarətlə nəticələnən münaqişə valideyndən GİZLƏDİLDİ - FOTO

Tarix:5-05-2025, 11:33
Baxış Sayı:0


Aprelin 30-da Səbail rayonunda yerləşən 239 nömrəli tam orta məktəbdə şagirdlər arasında münaqişə baş verib.

Patrulaz.az-ın əldə etdiyi məlumata görə, məktəbin 7-ci sinif şagirdləri arasında baş verən münaqişə bir nəfərin qol və ayaq nahiyəsindən xəsarət alması ilə nəticələnib.

Əldə etdiyimiz məlumata əsasən, hadisə ilkin olaraq məktəbin direktoru Nisə Fərəcova tərəfindən hüquq mühafizə orqanlarından və şagirdin valideynlərindən gizlədilib.

Sözügedən şagird evə gəldikdən sonra bədənində olan xəsarətlər valideynlər tərəfindən aşkar olunub və uşaq dərhal xəstəxanaya aparılıb. Xəstəxanaya aparılan şagirdə ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.

Məktəblərdə şagirdlərin təhsil almasını təmin etməklə yanaşı, eyni zamanda sağlam təhsil mühitinin qorunması da təmin edilməlidir. Şagirdlər arasında nizam-intizam, onların fiziki və psixoloji olaraq mühafizəsi də dərs saatları əhatəsində məhz məktəbin məhsuliyyətindədir. Lakin görünən odur ki, məktəblərdə şagirdin xəsarəti ilə nəticələnək dərəcədə münaqişə baş verir və məktəb rəhbərliyi hadisəni gizlətməyi üstün tutur…(Patrulaz.az)

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı