kanal1

Göyçay rayonu, Cəyirli kənd sakinləri 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əlindən dad çəkirlər - ŞİKAYƏT/VİDEO

Tarix:5-05-2025, 10:02
Baxış Sayı:0


TEREF Göyçay rayonu, Cəyirli kənd sakinlərinin müraciətini tədim edir. Onlar yazırlar:
Göyçay rayonu, Cəyirli kənd sakinləri tərəfindən

ŞİKAYƏT

Biz Göyçay rayonu, Cəyirli kənd sakinləri artıq şikayət yox, məmurların yarıtmaz fəaliyyətindən, korrupsiya əməllərindən dad edirik.
Cəyirli kənd sakinlərinin istifadə etdiyi su arxına, qəssab maqazini hər gün çirkab (kəsdiyi heyvanların qanını, peynini və s) axıdır. Həmçinin ərazidə olan avtomobil təmiri və avto yuma sexləridə, həmin su arxına çirkab axıdırlar.Bu isə insanların sağlamlığını ciddi təhlükə altında qoyur.Həmin arxın suyundan Cəyirli və qonşu kənd sakinləri istifadə edirik, içirik, əkinlərdə və ev heyvanlarının suvarılmasında istifadə edirik.
Kənd sakinləri bu qanunsuzluq barədə dəfələrlə şikayətlər etsəkdə, aidiyyatı qurumlar heç bir tədbir görmürlər. Kənd sakinləri çıxılmaz vəziyyətdə qalıblar.
11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsul vəzifəli əməkdaşları, həmin çirkabı Cəyirli kəndinin su arxına axıdan ticarət obyektlərindən aylıq rüşvət aldıqları üçün bu qanunsuzluqlara göz yumub, şərait yaradıblar.
Buna görədə bizim şikayətlərimizə baxan yoxdur, heç bir tədbir görülmür.
Daima çirkablı sudan istifadə etdiyi üçün Cəyirli kəndində çoxlu sayda ağır xəstəlikdən əziyyət çəkən şəxslər var.
Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən və digər aidiyyatı qurumlardan xahiş edirik Cəyirli arxına çirkab axıdanlar və onlardan aylıq alan 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsul vəzifəli əməkdaşları barədə qanunu və ciddi tədbirlər görəsiniz.

TEREF

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı