kanal1

Məktəb direktoru oğlunun toy xərcini valideynlərdən çıxarır? –ŞİKAYƏT

Tarix:5-05-2025, 09:11
Baxış Sayı:1


Bir qədər əvvəl adı bir sıra qalmaqallara qarışan məktəb direktorundan yenə şikayət var. Tribunainfo.az xəbər verir ki, valideynlər Xırdalan şəhər 1 saylı orta məktəbin direktoru Arifə Balakişiyevanın əlindən bezar olduqlarını bildiriblər.
Onlar qeyd edirlər ki, xanım Balakişiyeva onlardan hər gün pul tələb edir.

Adının çəkilməsini istəməyən valideynlərdən biri Tribunainfo.az-a deyib ki, Arifə Balakişeyav müxtəlif bəhanələrlə onlardan pul tələb edir. “Bizə deyir ki, pul gətirin. Əgər bu əvvəllər ayda-ildə bir dəfə olurdusa, son günlər gündəliyə çevrilib. Daha bezmişik. Bilmirik uşağı məktəbə oxumağa göndərimişik, yoxsa bazara?”
Şikayətçi düşən valideynlər bildirirlər ki, Balakişiyeva hətta onlara “2000 manat ver, uşağı məktəbə gətirmə” təklifini də edir. Onlar qeyd edirlər ki, bu yaxınlarda övladına bahalı və dəbdəbəli toy edən məktəb direktorunu bu hərəkətləri onlarda qəzəb doğurub. “Bu yaxınlarında oğluna dəbdəbəli toy elədi. Elə müğənni olmadı ki, orada iştirak etməsin. Allah xoşbəxt eləsin. Bununla işimiz yoxdur. İndi bizdən israrla pul tələb etdikdə, ağlımıza gələn o olur ki, Arifə Balakişiyeva yəqin, oğlunun toy xərcini bizdən çıxarmaq istəyir”.

Qeyd edək ki, Arifə Balakişiyeva bir müddət əvvəl “Meridian Park Luxury” restoranında oğluna çox bahalı toy edib. Toy məclisində xalq artistləri Aygün Kazımova, Röya Ayxan, Murad Arif kimi tanınmış müğənnilər qatılıb. Təkcə, bir neçə müğənniyə hər yarım saat üçünb direktorun 50 min manata yaxın pul ödədiyi iddia olunur.
Qeyd edək ki, 1 saylı orta məktəbin direktoru Arifə Balakişiyevanın adı mediada məktəblini döyməkdə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Xırdalan şəhər 2 saylı məktəbin direktoru Gülnaz Kərimova ilə birlikdə Siciliya Adalarında istirahətə getməkdə də hallanmışdı.(Tribunainfo.az)
Qarşı tərəfi də dinləməyə hazırıq.

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı