kanal1

Bakıda ekologiyaya daha bir zərbə - Quşçuluq təsərrüfatının tullantıları yaşayış evlərinin yanına yandırılır

Tarix:3-05-2025, 10:54
Baxış Sayı:0



Xəzər rayonu, Hövsan qəsəbəsində Quşçuluq fermasının yanında zibil tullantıları yandırılıb.

Sitat.info-nun əməkdaşı təsadüfən ərazidən keçərkən hadisənin şahidi olub.
Müxbirimiz axşam saat 20:00 radələrində bir neçə şəxsin zibil tullantılarını yandıraraq, ərazidən qaçdığını müşahidə edib və zibil tullantılarının yandırılma anını da lentə alıb.
Əməkdaşımız avtomobili ilə həmin şəxslərə yaxınlaşmaq istədikdə, qaçıblar.
Qısa zamanda ətrafa böyük qara tüstü yayılıb. Ərazini üfunət iyi basıb. Havadan yayılan üfunət qoxusundan quşçuluq təsərrüfatının tullantılarının yandırıldığı bəlli olub.
Həmin ətrafda yaşayan sakinlərlə də həmsöhbət olduq.
Bildirdilər ki, ərazidə ördək ferması fəaliyyət göstərir. Həmin fermadan çıxan tullantılardır.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq.
Bizə məsələnin nəzarətə götürüldüyünü və araşdırılacağını bildirdilər.
Həmin videonu təqdim edirik:

Dünən səhər saatlarında Xəzər rayonu, Hövsan qəsəbəsində quşçuluq təssərrüfatına aid tullantılarının yandırılması ilə bağlı xəbər dərc etmişdik.

Bu barədə Ekologiya Nazirliyinə etdiyimiz müraciətin ardından nazirliyin əməkaşları hadisə yerinə baş çəkib, araşdırma aparıblar.

Araşdırma zamanı bəlli olub ki, tullantıları yandıranlar həmin ərazidə fəaliyyət göstərən quşçuluq təsərrüfatının işçiləri olublar.

Sitat.info-ya danışan Ekologiya Nazirliyinin əməkdaşı bildirib ki, müəssisədən çıxarılan quşların içalatını təkərlərin içərisinə yığaraq yandırıblar. Məqsəd iz itirmək olub. Bəlli olub ki, müəssisə tullantılarını bu yolla “təmizləyirmiş”.

Bildirilib ki, dərhal quşçuluq təsərrüfatının sahibinə məlumat verilib, məsələ ətraflı araşdırılıb. Qısa zamanda protokol tərtib ediləcək.(Sitat.info)

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı