kanal1

Özbaşınalıqları planetlərə sığmayan Venera Xəlilova -151 saylı bağçada nə baş verir?

Tarix:1-05-2025, 10:36
Baxış Sayı:0


Bakının Binəqədi rayonunda yerləşən 151 saylı uşaq bağçasında özbaşınalıqlar baş alıb gedir.
Redaksiyamıza verilən məlumata görə, körpələr evinin rəhbəri Venera Xəlilovanın idarəçiliyi altında qanunsuzluqlara və haqsızlıqlara yol verilir. Uzun müddətdir ki, körpələr evinə direktorluq edən Venera Xəlilovanın "ənənəvi" üsullarla uşaq bağçasını öz bildiyi şəkildə idarə etdiyi deyilir. Məlumata görə,
Venera Xəlilova 151 saylı uşaq bağçasında bir tərəfdən "ölü canlar" saxlayır, bir yandan xəbərdarlıq etmədən işçiləri uzaqlaşdırır, digər tərəfdən isə kimə hansı vəzifəni oldu tapşırır. Nəticədə uşaq bağçasında anarxiya hökm sürməklə Xəlilovanın yazılmamış qanunları işləyir.
O da xəbər verilir ki, bağçada uşaqlara verilən qidaların keyfiyyətində problemlər var. Hətta məhsulların istifadə müddətinə diqqət yetirilmir. Bu da əslində cinayət məsuliyyəti yaradır. Yəni Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi kiçik araşdırma ilə 151 saylı uşaq bağçasında nələr baş verdiyini təsbit edə bilər. Üstəlik, məsələnin mənəvi tərəfi var. Axı hər şey bir yana, Xəlilovanın vicdanı necə yol verir ki, uşaqlara keyfiyyətsiz, vaxtı ötmüş məhsullardan yeməklər hazırlanmasına şərait yaradır?
Anaxeber.com-a deyilib ki, hazırda uşaq bağçasında heç nə yerində deyil: adı işdə keçən, özü işə gəlməyən "canlı ölü"lər var, qidalar keyfiyətsizdir, müddətsiz çalışanlar isə qanunsuz şəkildə işdən uzaqlaşdırılır. Ancaq heç bir tədbir görülməyib.
Xəbərö görə, elə ki, nazirlikdən yoxlama gəlir, 151 saylı uşaq bağçasının müdiri Venera Xəlilova onları işə çağırır. Guya onlar daimi çalışırlar. Halbuki onların adları gedir, maaş kartları Venera Xəlilovanın cibindədir.
Nazirlikdən komissiya gələndə isə Xəlilovanın "ölü canları" çağırması ilə ört-basdır edor ki, qanunsuz hərəkətlərini gizlədə bilsin. Əslində, Baş Prokurorluq yanında Korrupsiya ilə Baş Mübarizə İdarəsinin əməliyyatı nəticəsində burada ciddi qanun pozuntuları aşkarlana bilər.
Eyni zamanda, bağçanın rəhbəri müddətsiz müqaviləsi olanları xəbərdarlıq etmədən işdən çıxarır. Yəni onlara əvvəlcədən bildirmir ki, işdən azad olunacaqlar. Bununla da Əmək Məcəlləsinin tələblərini pozur. Ondan başqa, bağça rəhbərliyi aşpazı tərbiyəçi, xadiməni nəzarətçi edir. Bu minvalla uşaq bağçasında həm anarxiya hökm sürür, həm də körpələrə qeyri-peşəkar səviyyədə xidmət göstərilir.
Bu azmış kimi, uşaq bağçasında vaxtı keçmiş məhsulların istifadə edilməsi həddi aşıb. Bütün bu özbaşınalıqların isə həyata keçirilməsində bağça müdirinin "sağ əli" sayılan Elmira Kərimovanın əli və rolu olduğu iddia edilir. Artıq Xəlilova barəsində Elm və Təhsil Nazirliyinə, Baş Prokurorluğa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət edilib. Yazıda adı keçən tərəflərin isə mövqeyini dərc etməyə hazırıq.(anaxeber.com)

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı