kanal1

HEYDƏR ƏLİYEVİN POSTERİNİ SÖKDÜRDÜ, YERİNDƏ OBYEKT TİKDİRDİ... – İcra hakimiyyəti Vüqar Sədibəylinin qanunsuz tikinti apardığını təsdiqlədi VİDEO

Tarix:30-04-2025, 11:07
Baxış Sayı:0



“AAAF Park” Yaşayış Kompleksinin girişindəki Ümummilli Lider Heydər Əliyevin posterinin və dövlət atributları olan guşənin sökülərək yerində inşa edilən obyektdə bağlı məlumat vermişdik. Bildirmişdik ki, iş adamı, qanunsuz inşa edilən obyektin sahibi Vüqar Sədibəyli Heydər Əliyevin posteri və dövlət atributlarını sökdürərək maşın dayanacağına yerləşdirib.

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyəti səslənən ittihamlara reaksiya verib. Qurumun mövqeyini olduğu kimi dərc edirik: "Araşdırma zamanı müəyyən olmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış kompleksinin daxilində vətəndaş Vüqar Sədibəyli mülkiyyətində olan 0.12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılması məqsədilə 15.10.2024-cü il tarixli, EDO-20756/2024 nömrəli məktubla Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tikinti niyyəti barədə müraciət etmiş, lakin vətəndaş tərəfindən məlumatlandırma-icraatı çərçivəsində daxil olmuş ərizənin nəticəsini gözləmədən tikinti işlərinə başlanmışdır. Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən vətəndaş V.Sədibəyliyə aparılan tikinti işlərinin dayandırılması ilə bağlıciddi şəkildə xəbərdalıq olunmuş, qanunsuzluğun qarşısının alınması və ərazinin nəzarətdə saxlanılması məqsədilə aidiyyəti üzrə qurumlara məlumat verilmişdir".

Xeberci.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazəsi olmadan tikilən obyektin ümumi sahəsi 700 m(2)-dir.

Digər aidiyyatı qurumlar – FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Abşeron rayon İcra Hakimiyyəti də sözügedən qanunsuz obyektin tikintisinə müdaxilə etməyib.

Qanunsuz tikintinin aparıldığı dövrdə Abşeron rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi heç bir qanuni addım atmayıb.

Qeyd edək ki, “AAAF Park” Yaşayış Kompleksinin girişində inşa edilən bu obyekt Şəhərsalma və Tikinti Məcəlləsinin məskunlaşma sistemi, zonalaşdırma və ərazi zonaları barədə olan müddəalarını kobud surətdə pozur.

Eyni zamanda Məcəllənin konkret olaraq 4.1-ci maddəsi – ekoloji təhlükəsizlik və ətraf mühitin mühafizəsi də burada tapdanıb.(Xeberci.az )

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı