kanal1

Rauf Əliyevə cinayət işi açılıb, amma məmurlar yenə bina tikməsinə icazə verir -Bakıda toxunulmaz dələduz

Tarix:30-04-2025, 10:14
Baxış Sayı:0



Azərbaycanda elə tikinti maqnatları var ki, hansı dələduzluğu edir etsin, sanki toxunulmazlıq statusu alıb. Ona görə də illərdir ki, yol verdiyi cinayətlərə, saxtakarlıqlara, fırıldaqlara baxmayaraq məsuliyyətə cəlb olunmayıb. Hətta nəinki istintaqa çağırılmayıb, bilə-bilə ki bu tikinti şirkətinin sahibi vətəndaşları aldadıb, ona yenə də şərait yaradılıb, təzə-təzə işlər götürüb, bina tikməyə yer ayrılıb.
Araşdırmamıza görə, onlardan birincisi “İnşaat Konstruksiyaları” MMC-nin rəhbəri Rauf Əliyevdir. Rauf Əliyev ölkədə yüzlərlə vətəndaşı aldadıb, bir mənzili bir neçə adama satıb, pullarını mənimsəyib, indiyə qədər problemi həll etməyib, illərdir ki, vətəndaşlar aksiyalar keçirir, şikayət edir, amma bu şəxs nə həbs edilir, nə də zərər çəkənlərin pulunu qaytarır. Və hazırda həbsdə olan MTK rəhbərlərindən fərqli olaraq, Rauf Əliyev barəsində bu qədər şikayətlərə, dəlil-sübutlara baxmayaraq azadlıqda gəzir. Onun aldatdığı vətəndaşlardan biri elə dünən mətbuata çıxıb.
Belə ki,
"İnşaat Konstruksiyaları” MMC-nin qurbanlarından olan Rafiq Əmirov zərərçəkmiş qismində tanınmır. Bu barədə Reportyor.info-ya onun özü bildirib.
Rafiq Əmirov 2017-ci ildə “İnşaat Konstruksiyaları” MMC-nin Yasamal rayonu, Abbas Mirəz Şərifəzadə küçəsi 33-də inşa etdiyi yaşayış binasından mənzil alıb. Bir müddət sonra isə məlum olub ki, onun aldığı mənzil Fətullayeva Təbərrük adlı bir xanıma satılıb.
Şikayətçi deyib ki, həmin xanımla imzalanmış müqavilələr saxtadır. Yəni üzərindən 8 il keçib, il 2025-dir, hələ də vətəndaşın problemi həll olunmayıb. Və belə qurbanların sayı "en" qədərdir. Sadəcə, Rauf Əliyev toxunulmaz birinə çevrilib.
Bu azmış kimi, ona hələ də Bakıda bina tikməyə icazə verilir. Axı onu himayə edənlər kimlərdir ki, dələduzluğa yol verdiyi göz qabağında olduğu halda, yenə də tikinti aparmasına şərait yaradılır?
Bu sektorda olanlar bilir ki, bina tikmək asan məsələ deyil. Əvvəlcə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi icazə verməlidir, yer ayırmalıdır, sərəncam imzalanmalıdır.
İkincisi, Fövqəladə Hallar Nazirliyindən tutmuş bütün rəy verən, kommunal təchizatı təmin edən qurumlara qədər bu prosesdə iştirak edir. Bəs necə olur ki, dövlət qurumları adı dəfələrlə dələduzluqda hallanan, haqqında saysız-hesabsız şikayətlər olan Rauf Əliyevin yeni binalar tikməsinə göz yumurlar?
Ən absurd mənzərə budur ki,
"İnşaat Konstruksiyaları" MMC-nin sahibi Əliyev Rauf Rəhim oğlu, onun yaxın qohumu Əhmədov Rəsul Süleyman oğlu və Nəcəfov Zahir Vahid oğlu Cinayət Məcəlləsinin 177-189 - 178.4-cü maddələri ilə ittiham olunsalar da, bununla belə paytaxtın müxtəlif ərazilərində, hazırda Yasamal, Nəsimi rayonlarında yeni binalar tikməyə davam edərək yenə də eyni fırıldaqlarla məşğuldurlar. Onlar barəsində yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşin bu yerə gəlib çıxmasına, məhkəmə prosesinin başlanmasına rəğmən, Rauf Əliyev və dəstəsi vətəndaşları aldadır, yüzlərlə belə mənzil alan şəxslərin ümidlərini puç edirlər.
O, ətrafındakılara bildirir ki, sonrakı dövrdə də ona ayrılan torpaq sahələrində tikdiyi binalarda etdiyi fırıldağın pulları ilə digər dələduz əməllərini ört-basdır etməyə, şikayətçi vətəndaşları razı salmağa çalışıb. Və belə-belə Rauf Əliyev rəhbərlik etdiyi şirkəti vasitəsi ilə minlərlə insanı aldadıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 177-189 - 178.4-cü maddələri ilə ittiham olunan 3 iş adamı ilə bağlı keçiriləcək istintaqa 280-dən çox zərərçəkən müraciət edib.
"İnşaat Konstruksiyaları" MMC-nin qanuni təmsilçisi, Rauf Əliyevin yaxın qohumu Əhmədov Rəsul Süleyman oğludur. "Dərəçiçək” MTK da Rauf Əliyevə məxsusdur.
Rauf Əliyevin şirkətləri 2016-cı ildə Bakının Yasamal və Nizami rayonlarında pilot layihələr çərçivəsində binalar tikib. Onlar dövlət tərəfindən icazəsi verilmiş 14 mərtəbəli binaların bəzilərini 17 mərtəbəyə kimi də yüksəldiblər. Rauf Əliyev vergidən yayınmaya görə də bir müddət əvvəl saxlanılmışdı.
Mediada gedən xəbərlərə görə, Rauf Əliyev müəmmalı yollarla tikdirdiyi binalarda əlavə mərtəbə tikilməsi ilə bağlı FHN əməkdaşlarını da “razı sala” bilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu binaların dayanıqlılığı ilə bağlı müayinələr aparıb və müvafiq texniki rəy veriblər.
Bundan başqa, Rauf Əliyev Şəhərsalma və Arxitektura Komitəsi ilə də "dil taparaq" əlavə mərtəbələr qaldırılmasına razılıq ala bilir. Beləliklə, şəhərdə toxunulmaz bir dələduz gəzir və ona "gözün üstə qaşın var" demir...(anaxeber.com)

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı