kanal1

TƏBİB-in ƏRKÖYÜNÜ... - Vüqar Qurbanov pişik balasını daşıyan kimi bu xanımı ora-bura daşıyır...

Tarix:29-04-2025, 12:51
Baxış Sayı:0


"Əslində Səkinə Sadıxova Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunana qədər də özünün TƏBİB şefi tərəfindən necə himayə olunduğunu həm hiss etdirirdi, həm də elan edirdi. Görünəni o idi ki, hörmətli BAŞ TƏBİB Vüqar Qurbanov cənabları ayağında böyük yeyinti olmasına rəğmən onu Sumqayıtdan TƏBİB-in İcraçı direktoru vəzifəsinə daşımaqla, həm də Səkinə Sadıxovanı hüquq-mühafizə orqanlarından qorumuş oldu. Amma hara qədər..." Bu barədə "Dia-az"a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Xatırlada ki, Səkinə Sadıxovadan əvəl Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov idi. O, 2022-ci ildə bu vəzifəyə təyin olunmuşdu. Lakin keçən ilin dekabrında həmin posta təyinat alan Səkinə Sadıxova Vüqar Qurbanovla sıcaq münasibətləri sayəsində özünə yeni səltənət qurmaq svedasına düşüb.

Bu barədə isə dünən məlumat yayıldı. Xəbərdə deyilirdi ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Səkinə Sadıxovanın öz bacısı Sədaqət Əfəndini Masazır Ailə Sağlamlıq Mərkəzinə baş həkim təyin edib.

Bəli, bu faktın özü belə əsas yaradır ki, Sakinə xanımın fəaliyyəti araşdırılsın. Hər halda şakara çıxan fakt əgər budursa, görün, bu xanım gizlin olaraq hansı işləri çevirir. Bunu isə gərəkən qurumlar, yəni hüquq-mühafizə orqanları araşdırmalıdır.

Mümkün deyil ki, Sumqayıtdakı əməllərinə rəğmən yaxasını hüquqi cavabdehlikdən kənarda tuta bilən Sadıxova bu dəfə də himayədarları hesabına istədiklərinə - qanunsuzluqlara davam edə bilsin...

Doğrudur, Vüqar müəllim hələ də iş başındadır və qılıncının hər iki üzü kəsir. Amma dövlətin qarşısında onun qılıncı paslı tiyədən başqa bir şey deyil..."(Dia-az)

Məsələ diqqətimizdədir...

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı