kanal1

“Azər-Aqro LTD”nin bazarında nöqsanlar aşkarlandı, fəaliyyəti dayandırıldı — VİDEO

Tarix:29-04-2025, 12:21
Baxış Sayı:0


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb.

Demokrat.az nazirliyə istinadən xəbər verir ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 30/14 ünvanında yerləşən “Azər-Aqro LTD” Şirkətinə məxsus “Kəndli yarmarkası”nda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

– obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;

– elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;

– obyekt yanğın su hovuzu ilə təmin olunmayıb;

– obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;

– pilləkən qəfəsinin tavan konstruksiyasının bəzədilməsində yanar material olan lambirindən istifadə olunub, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb;

– yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

– obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim edilməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Kəndli yarmarkası”nın inzibati binasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.(Demokrat.az)

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı