kanal1

“Bakı Abadlıq Xidməti” rəhbəri və müavini şəhid övladı ilə prinsip aparır:Laçını xaraba qoyandan bilirdik ki, ...

Tarix:25-04-2025, 11:46
Baxış Sayı:0



“Bakı Abadlıq Xidməti” MMC-nin rəhbəri Bünyad Qasımov və xidmətin Yaşıllaşdırma şöbəsinin rəisi Denis Korolyov Xocalını abad eləmək üçün qol çırmalayıb, amma ilk işləri də Xocalı şəhidinin övladının haqqını yeməkdir. Əlimdə bu şirkətin dələduzluğunu isbatlayan elə faktlar var ki, adam sadəcə dəhşətə gəlir.

Bu barədə jurnalist Yusif Şamiloğlu məlumat paylaşıb. O bildirib ki, “şəhid övladına borcumuz yoxdur”deyən şirkət təmsilçisi indi də borcu qalan 14 min manatı ödəməkdən boyun qaçırır:

“Şöbə rəisi Denis Korolyov deyib ki, biz prinsip aparırıq. Deməli, şəhid övladı 11 aydır almalı olduğu pulu ala bilməyib deyə, şirkətin fəaliyyətini dayandırıb. Çünki şirkət təmsilçiləri hərəsi bir ağızdan deyirdi ki, “bizim borcumuz yoxdur”.

İndi borcu olduğunu etiraf ediblər. Şəhid oğlunun şirkətinin hesabı bağlanıb, şəhid oğlu başqa hesaba pulun köçürülməsini təklif etsə də, Denis müəllim deyib ki, bloggerlərə müraciət etdiyin üçün pulu əvvəlki hesaba vuracağıq. Əvvəlki hesab isə başqa adamın idi və artıq o hesabın idarəsi də başqa adamdadır.

Hörmətli Bakı Abadlıq Xidməti, onsuz da Laçını xaraba qoyandan bilirdik ki, sizin bu millətə olan münasibətiniz saxtadır. İndi mən Denis bəyin həmin səsini yaysam, rəzil olacaqsınız. O səsi onsuz da yayacağam. O zaman hamı görəcək ki, sizin şəhid ailələrinə, qazilərə münasibətiniz necədir”.

Şəhid ailəsinə göstərilən münasibəti ictimailəşdirən jurnalist problemin həlli, şəhid ailəsinin haqqının tanınması üçün ölkə rəhbərliyinə də müraciət edib.(Yenixeber.org)

Yazıda adı keçən bütün tərəfləri dinləməyə hazırıq.

Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!
Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı