kanal1

Delta Qrup C.O” rəhbəri Məhəmməd Cahangirzadə ölkədən nə qədər valyuta çıxarıb?

Tarix:24-04-2025, 17:23
Baxış Sayı:1


Xəbər verdiyimiz kimi,sabah Səbail rayon məhkəməsində qida sektorunun tanınmış şirkətlərindən olan “Delta Qrup C.O” MMC-nin işinə baxılacaq. Şirkət ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

“Delta Qrup C.O” şirkətinin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

MMC ilə bağlı işə sabah, 25 aprel tarixində Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlməlidir. Sifariş verilən mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir.

Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.

Qeyd edək ki, “Delta Qrup C.O.” MMC 1999-cu ildə yaradılıb. Şirkət “Anchor”, “Доярушка”, “Molkerei Ammerlander”, “Golden Cow”, “Tibet”, “Nordex Food”, “NZMP”, “Peros” kimi bir çox xüsusi markanın Azərbaycanda rəsmi distribyutorudur. “Delta Qrup C.O.” MMC-nin çörək, çörək məhsulları, (marka “Çörəkçi”) un, qənnadı məmulatları (“BiSmak” markası) və makaron (“Odad” markası) istehsal edən beş böyük fabriki var. “Moskva”, “Qız qalası”, “Buratino”, “Nejnoe”, “Milk”, “Glucose”, “Nice”, “Toplyonoye moloko”, “Sport”, “Petit Buerre” kimi peçenye markalarının istehsalçısı da “Delta Qrup C.O.” MMC-dir.Tribunainfo.az

“Delta Qrup C.O.” MMC rəhbəri Cahangirzadə Məhəmməd Niyaz oğlu hazırda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cahangirov Anar Niyaz oğlunun qardaşıdır.

Qarşı tərəfi dinləməyə hazırıq.

Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!
Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı