kanal1

Baş Prokuror Milli Aviasiya Akademiyasında mühazirə oxuyub - Fotolar

Tarix:18-04-2025, 19:00
Baxış Sayı:0


Aprelin 18-də Milli Aviasiya Akademiyasında “Rəqəmsal dövr və hüquq. Yeni çağırışlar” mövzusunda mühazirə təşkil olunub. Tədbirdə Akademiyanın professor-müəllim heyəti, tələbələr, Baş Prokurorluğun əməkdaşları, hüquqşünaslar və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Baş Prokuror Kamran Əliyev qeyd edib ki, 2021-ci ildən etibarən Baş Prokurorluqla Milli Aviasiya Akademiyası arasında qurulan əməkdaşlıq əlaqələri bu gün uğurla davam edir və yeni məzmunla zənginləşir.

Baş Prokuror daha sonra “Rəqəmsal dövr və hüquq. Yeni çağırışlar” mövzusunda mühazirə oxuyaraq, rəqəmsallaşmanın hüquq sahəsində yaratdığı imkanlar və qarşıya çıxan çağırışlar barədə geniş məlumat verib.

Mühazirə zamanı rəqəmsallaşma ilə əlaqədar qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi məqsədilə Baş Prokurorluq tərəfindən hazırlanaraq müzakirə olunması üçün aidiyyəti üzrə göndərilmiş Qanun layihəsi təqdim edilərək, layihədə Cinayət-Prosessual Məcəlləsinə elektron formada sübutların toplanması, kompüter məlumatlarının sübut kimi qəbul edilməsi və mühafizəsi, kompüter sisteminə baxış, axtarış və götürülməsi, elektron cinayət-prosessual fəaliyyətin həyata keçirilməsi, eləcə də digər əlavə və dəyişikliklərin təklif olunduğu bildirilib.

Vurğulanıb ki, bu təkliflər müasir texnologiyaların hüquq-mühafizə fəaliyyətinə tətbiqinin genişləndirilməsi və effektivliyinin artırılmasını hədəfləyir.

Baş Prokuror həmçinin “Elektron məhkəməyədək icraat” informasiya sisteminin təsis olunması ilə bağlı təkliflə çıxış edərək bildirib ki, bu sistem cinayət-prosessual fəaliyyətin bütün mərhələlərini rəqəmsal mühitdə həyata keçirərək, istintaq və təhqiqat orqanlarının fəaliyyətinin şəffaflığını artıracaq, prosesin sürətini və səmərəliliyini yüksəldəcək, eyni zamanda cinayət prosesinin iştirakçılarına öz hüquq və vəzifələrini operativ şəkildə yerinə yetirmək imkanı yaradacaqdır.

Mühazirə zamanı, həmçinin 2023-cü ilin aprel ayından tətbiq olunan “Elektron Prokurorluq” informasiya sisteminin prokurorluq orqanlarında iş proseslərinin rəqəmsallaşdırılması, idarəetmədə çevikliyin və şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması, eləcə də cinayət işlərinin məhkəmələrə elektron formada operativ və səmərəli şəkildə göndərilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Qeyd olunanlarla yanaşı mühazirənin gedişində məhkəmədə və cinayət mühakimə icraatının gedişində süni intellektin imkanlarından istifadə olunması, bu sahədə xarici ölkələrin təcrübəsi məsələlərinə də toxunulub.








Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı