kanal1

"Tələbələrdən 350-500 manat pul alınır" - Şəkidəki kollecdə qalmaqal

Tarix:16-04-2025, 09:54
Baxış Sayı:0


Şəki Dövlət Regional Kolleci və onun rəhbərliyi barəsində ciddi iddialar səsləndirilib.
Bu iddialar uzun illər həmin təhsil ocağında çalışmış, pedaqoq, musiqiçi Yaqub Yusifovun Bakupost.az -a müraciətində yer alıb.
Onun bildirdiyinə görə, qədim təhsil ənənəsinə malik olan Şəki şəhərində yerləşən kollecdə hazırda təhsildən çox “rüşvət və özbaşınalıq” hökm sürür.
Şikayətçi bildirib ki, tələbələr semestr imtahanlarında müvəffəqiyyət qazanmaq üçün rüşvət verməyə məcbur edilir:
“Tələbələrdən hər semestr 350-500 manat arası pul alınır. Pul verməyənə qiymət yazılmır. Dərslərdə iştirak edən yoxdur, tədrisə münasibət isə faciəvidir”, – deyə o vurğulayıb.
Yaqub Yusifov kollecin direktoru Sərdar Şərifovun və dərs hissə müdiri Sevinc Abdurahmanovanın rəhbərliyi altında tədrisin tamamilə ikinci plana keçdiyini iddia edir. O, rəhbərliyin rüşvətlə diplom verdiyini, dərs saatlarının qanunsuz azaldıldığını və şəxsən ona qarşı qərəzli münasibət göstərildiyini bildirib:
"Məni dərs saatlarımdan məhrum edib, 65 yaşımı bəhanə edərək müəllimlikdən uzaqlaşdırdılar. Daha sonra məktəbdə məni sadəcə piano sazlayan kimi təsdiq etdilər. Bu, açıq-aşkar qisasçılıqdır".
Şikayətçi bildirib ki, o, vaxtilə Avropada fəaliyyət göstərib, Azərbaycanın xarici ölkələrdəki tədbirlərində iştirak edib. Xüsusilə də, 2020-ci ildə Moldovanın paytaxtı Kişinyovda Azərbaycanın birinci xanımı və vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə keçirilən tədbirdə ölkəni təmsil etdiyini kollecin direktoruna bildirsə də, bu fakt heç bir dəyər görməyib:
“Dəvətnaməyə baxıb masanın üstünə tulladı. Dedi, bu sənə lazımdır, mənə yox. Ən azından etik olaraq təşəkkür etməli idi. Bu davranış təhqiramiz və hörmətsiz yanaşmadır.
Bu şəxsin arxasında kim dayanır ki, bu qədər cəsarətlə təhsili satır? Elm və Təhsil Nazirliyinin, Baş Prokurorluğun bu vəziyyətdən xəbəri yoxdurmu?”
O, məsələ ilə bağlı aidiyyəti qurumlara rəsmi müraciət ünvanlayacağını və bu halların araşdırılmasını tələb edəcəyini bildirib.
Məsələ ilə bağlı Şəki Dövlət Regional Kolleci ilə əlaqə saxladıq. Kollecdən Bakupost.az -a bildirildi ki, səslənən iddialarla razılaşmırlar.
“Biz həmin şəxsi 65 yaşı bitdikdən sonra da humanistlik edib işdə saxladıq. Müddətli əmək müqaviləsi ilə 5 il müddətinə işlə təmin etdik.70 yaşı bitdikdən sonra isə müqavilə bağlamadıq”.(Bakupost.az)

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı