kanal1

Ayxan Hacızadə: Fransa tərəfindən ölkəmizə qarşı əsassız yalan kampaniyasını dayandırmağı tələb edirik

Tarix:28-02-2025, 17:52
Baxış Sayı:0


Azərbaycan Xarici İşlər Nazirliyi Fransadan Azərbaycana qarşı əsassız yalan kampaniyasını dayandırmağı tələb edib.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın dənizaşırı ərazilər naziri Manuel Valsın iddialarına dair yerli mətbuatın sualına cavabında danışıb.

"İflasa uğramış xarici siyasətindən dərs çıxarmaq əvəzinə, Azərbaycanı əsassız iddialarla günahlandırmaqla düşdüyü vəziyyətdən ictimai diqqəti yayındırmağa çalışan Fransa tərəfinin səsləndirdiyi fikirləri qətiyyətlə rədd edirik",-məlumatda bildirilib

Qeyd edilib ki, Fransadan fərqli olaraq, öz xarici siyasətində və bütün addımlarında beynəlxalq hüququn əsas norma və prinsiplərini rəhbər tutan Azərbaycanı əsassız yerə günahlandıran bu ölkənin özünün müstəmləkəçilik keçmişini davam etdirmək naminə müxtəlif ölkə və xalqlara qarşı atdığı qeyri-demokratik addımlarını özü unutmasına baxmayaraq, hər kəs yaxşı xatırlayır:

"Cənubi Qafqazda sülh üçün yaranmış tarixi imkanlar fonunda Fransanın çıxış etdiyi mövqeyə, habelə Ermənistanı silahlandırmaqla bölgədə yeni eskalasiya törətmək cəhdlərinə baxmaq kifayətdir ki, əslində kimin, həqiqətən də, “xarici müdaxilə” ilə məşğul olduğu aydın olsun".

A.Hacızadənin sözlərinə görə, qəribədir ki, Azərbaycanı “etnik təmizləmə”də ittiham edən Fransa tərəfi, keçmiş münaqişənin həllinə məsul olan Minsk prosesinin həmsədrlərindən biri olması və bu ölkənin heç zaman Ermənistanın işğal siyasəti nəticəsində 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsini qınamaması fonunda, könüllü surətdə Azərbaycanın Qarabağ bölgəsini tərk edən insanların guya “etnik təmizləməyə” məruz qalmasını iddia etməsi riyakarlıqdan və öz maraqları naminə faktların təhrifindən başqa bir şey deyil.

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı