kanal1

 Zaur Mikayılov işinin öhdəsindən gəlmir...

Tarix:19-02-2025, 10:49
Baxış Sayı:1


Yanvar ayında Biləsuvar rayonunun İsmətli kəndindən keçən və milyonlarla manat xərclənmiş betonlanmış su kanalına dəmir boru atılaraq, üzərinin torpaqla örtülərək "salınan qanunsuz" "körpü"dən yazmışdıq.

Həmin vaxtı Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətindən Mia.az-a bildirilib ki, Orta Muğan kanalı üzərində yerləşən suburaxıcıdan Saatlı rayonu ərazisindəki torpaq istifadəçilərinin əkin sahələrinə su çıxarılması mümkün olmadığı üçün həmin su buraxıcının aşağı hissəsində 2(iki) ədəd boru atılaraq torpaqlanmış, səviyyəqaldıran yaradaraq suyun verilməsi təmin olunub: "Həmin ərazilərə su verildikdən sonra torpaqlanmış səviyyəqaldırıcı təmizlənərək, kanal əvvəlki vəziyyətinə gətirilib və həmin ərazidə səviyyəqaldıran paylayıcı tikilməsi nəzərdə tutulib".

Bəs görəsən, həqiqətən ötən bir aydan çox müddətə səviyyəqaldıran paylayıcı tikilib, yoxsa?

Bəlli olub ki, Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidməti, əslində, kustar üsulla salınmış "səviyyəqaldıran paylayıcı"nın yerində bu dəfə torpaq və borudan istifadə etməklə deyil, nisbətən "müasir" "tikinti" aparıb (Yazının sonundakı ikinci videoda fakt aydın göstərilib - Mia.az).

Halbuki, burada Şlyuz (hidrotexniki qurğu) deyilən və o qədər də çox vəsait tələb olmayan sistem qurmaq çətin deyil.

Mia.az həm əvvəlki, həm də hazırkı real vəziyyəti əks etdirən videogörüntüləri təqdim edir, ümid edir ki, qudaları ilə əl-ələ verən Agentlik sədri Zaur Mikayılov bu dəfə üzərinə düşən vəzifənin məsuliyyətini anlayacaq.

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı