kanal1

Arıxlıda toqquşma NECƏ BAŞ VERDİ? - TƏFƏRRÜAT

Tarix:2-01-2025, 16:08
Baxış Sayı:0


Bolnisi bələdiyyəsinin Naxiduri (Arıxlı) kəndində iki yeniyetmənin ölümünə səbəb olan sürücü prokurorluğun vəsatəti əsasında həbsdə saxlanılıb.

Moderator.az xəbər verir ki, azərbaycandilli 24News.ge bu barədə Gürcüstan Baş Prokurorluğuna istinadla məlumat yayıb.

Bildirilir ki, Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, təqsirləndirilən şəxs dekabrın 30-da Bolnisi Bələdiyyəsi ərazisində avtomobili idarə edərkən ehtiyatsızlıq edib, nəqliyyat vasitəsinin təhlükəsizliyini təmin etməyib və nəticədə iki azyaşlını vurub. Prokurorluğun məlumatına görə, zərərçəkənlər aldıqları xəsarətlər nəticəsində yerindəcə keçinib.

Qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün həbs ediblər. O, Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci (avtomobilin təhlükəsizliyi və ya istismarı qaydalarını pozma, iki nəfərin ölümünə səbəb olma) ilə ittiham olunur.

Prokurorluğun vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib, araşdırmalar davam etdirilir.
Xatırladaq ki, musavat.com-un yazdığına görə, Gürcüstanın Bolnisi rayonunun Arıxlı kəndindəki hadisə zamanı iki gənc avtomobilin vurması nəticəsində həyatını itirib, bir neçə nəfər isə yaralanıb. "Qəzadan sonra vəziyyət daha da pisləşib, çünki sürücünün Azərbaycanlı əhalinin ünvanına təhqiramiz ifadələr işlətməsi kənddə qəzəb və etiraza səbəb olub.

Yerli əhali bildirib ki, qəzanı törədən sürücü Azərbaycanlı sakinləri təhqir edərək vəziyyəti daha da gərginləşdirib. Bu, kənd sakinlərinin etirazına səbəb olub və nəticədə kənddə gərginlik artıb. Hal-hazırda Arıxlı kəndində xüsusi təyinatlı polis qüvvələri yerləşdirilib.

Azərbaycanlı jurnalistə danışan kənd sakinləri baş verən hadisəni və etirazlarının səbəbini açıqlayıblar. Onlar qeyd edirlər ki, iki gəncin qanının yerdə qalmasını istəmirlər və ədalətin təmin olunmasını tələb edirlər. Kənd əhalisi həmçinin vurğulayıb ki, sürücünün təhqiramiz davranışı onların qəzəbini artırıb və bu səbəbdən də hadisəyə kəskin reaksiya göstəriblər..."

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı