kanal1

Gürcüstanda situasiya nəzarət altındadır - Baş nazir son durumu AÇIQLADI

Tarix:Dünən, 16:46
Baxış Sayı:0



Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisinin mərkəzində iğtişaşlara çevrilən etirazları ölkədə “maydan” təşkil etmək üçün uğursuz cəhd adlandırıb və əhalini vəziyyətin nəzarət altında olduğuna əmin edib.

Kobaxidze brifinqdə deyib:

“Görürsünüz ki, uğursuz “milli maydan”dan sonra müəyyən qüvvələr, zorakı qruplar ölkəmizin mənafeyinə, o cümlədən biznes fəaliyyətinin maraqlarına müəyyən zərər vurmaq üçün hərəkətə keçiblər, lakin bu cəhdlər uğursuzluğa məhkumdur”.

Gürcüstanda etirazlar noyabrın 28-də hakimiyyətin ölkənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların 2028-ci ilə qədər gündəmdən çıxarıldığını elan etməsindən sonra başlayıb.

Hər axşam Tbilisidə parlamentin yaxınlığında minlərlə etirazçı toplaşır, onlardan bəziləri infrastrukturu zədələyir, təhlükəsizlik qüvvələrinə daş, molotov kokteyli və pirotexniki vasitələr atır, polis isə su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edir.

Hakimiyyət baş verənlərdə ölkənin keçmiş hakim partiyası “Vahid Milli Hərəkat”ı suçlayır.

““Milli maydan” iflasa uğrayıb və ölkənin maraqları əvvəldən sona kimi qorunacaq”, - Kobaxidze bildirib.

Hakimiyyət dəfələrlə bildirib ki, “radikal müxalifət” xaricdəki ağalarının göstərişi ilə və xarici pullarla Gürcüstanın milli maraqlarına qarşı mübarizə aparır.

Gürcüstanın müxtəlif şəhərlərində davamlı olaraq etirazlar keçirilir, lakin Tbilisidə onlar sistematik və genişmiqyaslı xarakter alıb.

Noyabrın 29-dan dekabrın 4-dək aksiya iştirakçıları, jurnalistlər və təhlükəsizlik qüvvələri də daxil olmaqla, 162 nəfər tibb müəssisələrinə aparılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 143 polis əməkdaşı ağır xəsarət alıb.

Bu vaxta qədər 300-ə yaxın şəxs saxlanılıb, onlardan yalnız 6 nəfəri cinayət törətdiklərinə görə saxlanılıb, qalanları isə polisə tabe olmadıqlarına və xırda xuliqanlığa görə inzibati qaydada həbs ediliblər.

Ölkənin ali rəhbərliyinin Avropaya inteqrasiyanın prioritet olması ilə bağlı çoxsaylı izahatlarına baxmayaraq etirazlar dayanmayıb.

Baş nazir bildirib ki, Avropa İttifaqı danışıqlara başlamaq qərarına gələrsə, o, istənilən vaxt müvafiq sənədi imzalamağa hazırdır.

Nə aparıcı müxalifət qüvvələrinin liderləri, nə prezident Salome Zurabişvili və onları dəstəkləyən qeyri-hökumət təşkilatları, nə Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski, nə də ABŞ səfirliyi ölkə rəhbərliyinin arqumentlərini qəbul edir. Onların sözlərinə görə, Gürcüstan hakimiyyəti Avropa İttifaqına inteqrasiyadan imtina edib.

Prezident və müxalifət hakim “Gürcü arzusu”nun qərarını ölkənin xarici siyasət vektorunu Qərbdən Rusiyaya çevirdiklərinin son sübutu adlandırırlar. Eyni zamanda, onlar iddia edirlər ki, oktyabrın 26-da keçirilən parlament seçkiləri saxtalaşdırıldığı üçün Gürcüstana hazırda “qeyri-legitim hakimiyyət” rəhbərlik edir.

Rusiyaya qarşı sanksiyaları genişləndirdilər
Rusiyaya qarşı sanksiyaları genişləndirdilər
Rusiyaya qarşı sanksiyaları genişləndirdilər
Rusiyaya qarşı sanksiyaları genişləndirdilər
“20 Yanvar”dan Sumqayıta yeni avtobuslar istifadəyə verilir
“20 Yanvar”dan Sumqayıta yeni avtobuslar istifadəyə verilir
“20 Yanvar”dan Sumqayıta yeni avtobuslar istifadəyə verilir
“20 Yanvar”dan Sumqayıta yeni avtobuslar istifadəyə verilir
Gürcüstanda situasiya nəzarət altındadır - Baş nazir son durumu AÇIQLADI
Gürcüstanda situasiya nəzarət altındadır - Baş nazir son durumu AÇIQLADI
Qulu Məhərrəmli: Alışanov televiziyanın onurğasını qırdı
Qulu Məhərrəmli: Alışanov televiziyanın onurğasını qırdı
Paşinyanın qarma-qarışıq halı - Rusiya ilə Qərb arasında vurnuxan İrəvan - ŞƏRH
Paşinyanın qarma-qarışıq halı - Rusiya ilə Qərb arasında vurnuxan İrəvan - ŞƏRH
İtlər sahibini parçalayaraq öldürdü
İtlər sahibini parçalayaraq öldürdü