kanal1

Cahid Şahbazovla bağlı qalmaqal böyüyür - Stilist Anarı da səhv əməliyyat edibmiş…

Tarix:2-12-2024, 09:25
Baxış Sayı:2


Sosial şəbəkələrdə tanınmış həkim, oftalmoloq Cahid Şahbazovla bağlı iddia səsləndirilib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Cahid Şahbazov tərəfindən əməliyyat olunan xanım iddia edir ki, həkim onun gözünü kor edib:

“Sol gözüm iflic vəziyyətdədir. Estetik əməliyyat üçün yox, gözümdə kəskin ağrılar olduğu üçün həkim Cahid Şahbazova müraciət etdim. Etdiyi əməliyyat nəticəsində gözüm görmür. Tək göz ilə yaşamaq istəmirəm”.

Videonun sonunda şikayətçi insanları həkim Cahid Şahbazova inanmamağa səsləyib:

“Cəzasını çəkməlidir. Bəlkə də nə qədər insanı yanlış əməliyyat edib”.

Xanımın şikayəti ilə bağlı tanınmış stilist Anar Ağakişiyev də sosial şəbəkədə rəy yazıb:

“Eyni halı mən də o həkimlə yaşamışam. Allah köməyiniz olsun. Onun qüsurunu düzəltmək üçün xaricdə üç dəfə əməliyyat oldum. Sizi çox gözəl anlayıram. Ümumiyyətlə, Səhiyyə Nazirliyi hara baxır!”

Məsələ ilə bağlı Bakuplus.az-ın əməkdaşı şikayətdə adı hallanan oftalmoloq Cahid Şahbazov ilə əlaqə saxlamağa çalışıb. Köməkçisi həkimin məsələ ilə bağlı “Instagram” sosial şəbəkəsindəki şəxsi səhifəsində açıqlama verdiyini bildirib. Əməkdaşımızın həkimlə əlaqə saxlayıb, daha ətraflı açıqlama almaq istəyi isə cavabsız qalıb. Köməkçi xanım “əgər həkim razı olsa, sizinlə əlaqə saxlayacam” deyib. Amma aradan bir saatdan çox vaxt keçsə də, Şahbazov əlaqə saxlamayıb. Görünür həkim sadəcə İnstaqramda açıqlama verməklə işini bitmiş sayır.

Cahid Şahbazov sosial şəbəkədə yayımladığı videocavabda xanımın iddiasını şantaj hesab etdiyini açıqlayıb:

“Bu tələbi biz qarşılmayacağıq. Yardım istəsə, Türkiyədəki müəllimimlə konsultasiya və 3-cü əməliyyat təklif edə bilərik. Həm də 3-cü əməliyyatı özümüz də edə bilərik. Bu xanım mənə sosial mediada şantaj edəcəyini dəfələrlə bildirib, bu, yazışmalarda da qeyd olunub.(Yenisabah.az)

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı