kanal1

Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal

Tarix:23-11-2024, 14:18
Baxış Sayı:0


Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində yerləşən “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polis qaçaqmalçılıqla mübarizə məqsədilə yoxlama keçirib. Bu zaman taksilərin birində azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb.

M.G.Ş. adlı şübhəli saxlanılıb. Onun polisə qızılların özünə aid olduğunu və diplomat kimi çalışdığını deməsi isə diqqət çəkib.

Məlumata görə, həmin şəxs bir müddət əvvəl Azərbaycanın ABŞ-dakı səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb. Bununla belə şəxsin ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşe təyin olunduğu iddia edilsə də, bu, təsdiq olunmayıb.

Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, belə bir hadisə baş veribsə, müvafiq hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində məsələ öz həllini tapacaq:

“Buna hər hansı bir şübhə olmamalıdır. O baxımdan bizim hüquq-mühafizə orqanlarına, Dövlət Təhlükəsizlik Xidmətinə güvənməyimiz lazımdır. Obyektiv araşdırma aparıb məsələnin mahiyyəti üzə çıxarılmalıdır”.

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hərbi attaşelər adətən öz ölkələrinin silahlı qüvvələrində həqiqi hərbi xidmət keçmiş və müəyyən müddətə diplomatik missiyaya təhkim edilmiş nümayəndələrdir:

“Hərbi attaşenin əsas vəzifələrindən biri, maraqlar dairəsinə aidiyyəti olan hadisələr haqda hesabatları öz departamentinə bilavasitə yaxud, xüsusi vacib hallarda, missiya başçısı vasitəsilə təqdim etməkdir. Müəyyən şəraitlərdə hərbi attaşe silahın alınmasına və ya satılmasına imkan yarada bilər. Əksər ölkələrdə, o, eləcə də nizami qoşunların təlimlərinə dəvət olunur.

Hərbi attaşelərin köməkçiləri isə mövcud qanunvericiliyə uyğun vəzifələri icra etmək üçün təyin edilən şəxslərdir”.

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı