kanal1

“1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq”- Gerçək tarixin müzakirəsi

Tarix:25-02-2021, 14:24
Baxış Sayı:32

“1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq”- Gerçək tarixin müzakirəsi


Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi “1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını anlamaq” mövzusunda videokonfrans keçirərək, gerçək tarixi faktları müzakirə ediblər.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Konfransda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin rəhbəri Abdullah Eren, Azərbaycan və Türkiyə alimləri və 30-a yaxın ölkədən 100-dən çox fəal diaspor gənci iştirak edib.

Tədbir hər iki ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədri 44 günlük Vətən muharibəsində Azərbaycanın yanında olan, ölkəmizə böyük mənəvi dəstək göstərən Türkiyə dövlətinə və xalqına təşəkkürünü bildirib, iki qardaş xalqın diasporları arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, 2018-ci ildə “Diasporla iş sahəsində əməkdaşlığa dair anlaşma Memorandum”u imzalayan Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi eyni coğrafiyanı bölüşən, eyni mədəniyyəti və tarixi olan, eyni dildə danışan xalqlarımızın diasporlarının da birgə platformalar və layihələr əsasında daha çox bir araya gəlməsi istiqamətində mühüm addımlar atır. Xocalı soyqırımının 29-cu ildönümündə təşkil edilən konfrans da bu qəbildəndir. Əsrlər boyu Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddiaları, uydurma ittihamlar irəli sürən, uzun illər ərzində xalqımıza qarşı işğalçı, təcavüzkar və etnik təmizləmə siyasəti həyata keçirən, 29 il öncə Xocalı soyqırımını törədən erməni milliyyətçiliyinə qarşı mübarizədə dövlətlərimiz və xalqlarımız daim ön sıralarda və bir-birinin yanındadır.

1915-ci il hadisələrini və 1992-ci il Xocalı soyqırımını erməni milliyyətçilərinin Azərbaycan və Türkiyə türklərinə qarşı təcavüzkar siyasətinin bariz nümunəsi kimi dəyərləndirən Abdullah Eren gənclərimizin bu məkrli planlardan məlumatlı olmasının önəmini vurğulayıb. Bu mənada belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını, Azərbaycan və Türkiyə diaspor gənclərinin ümumi düşmənə qarşı birlikdə mübarizə aparacağına əminliyini ifadə edib.

Sonra Mustafa Palabıyıkın “1915-ci il hadisələrini anlamaq” və tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun “1992-ci il Xocalı soyqırımını anlamaq” mövzularında məruzələri dinlənilib. Tarixçi alimlər 1915-ci il hadisələrinə və Xocalı soyqırımına aparan tarixi-siyasi proseslərə diqqəti cəlb ediblər. Bildirilib ki, müasir tariximizdə Xocalı kimi dəhşətli soyqırımı törədən ermənilərin 1915-ci illə bağlı uydurma iddiasına beynəlxalq hüquq çərçivəsində yanaşılması daha məqsədəuyğundur.

İki qurum arasında qarşılıqlı, faydalı əməkdaşlığa toxunan Abdullah Eren xüsusilə 44 günlük Vətən müharibəsində Türkiyənin qardaş Azərbaycana bütün səviyyələrdə mənəvi dəstək verdiyini, o cümlədən də Azərbaycan və Türkiyə diasporlarının birgə əməkdaşlığını vurğulayıb.

Dövlət Komitəsinin sədri hələ də hüquqi qiymət verilməyən Xocalı soyqırımı ilə bağlı dünyanın 50-dən çox ölkəsində müxtəlif məlumatlandırma kampaniyasının aparıldığını, yerli parlamentlərə müraciətlər, sosial şəbəkələrdə aksiyalar həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. O, bu kampaniyalarda aktiv iştirakına görə diaspor gənclərinə təşəkkür edib və onları bu istiqamətdə daha fəal olmağa çağırıb.

Görüş Azərbaycan və Türkiyə diaspor gənclərinin suallarının cavablandırılması ilə yekunlaşıb.

Şirvanda YAP-ın təsis olunmasının 32-ci ildönümünə həsr edilən tədbir keçirilib.
Şirvanda YAP-ın təsis olunmasının 32-ci ildönümünə həsr edilən tədbir keçirilib.
100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü
100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü
100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü
100-dən çox xarici televiziya kanalı ilə bağlı tədbir görüldü
“Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” – Tibb işçilərindən rəsmi qurumlara MÜRACİƏT
“Onlara sual verən yoxdur ki, sən bu maaşla necə dəbdəbəli həyat yaşayırsan?!” – Tibb işçilərindən rəsmi qurumlara MÜRACİƏT
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
“Səhliyalı”nın saxta və keyfiyyətsiz kolbasa satdığı məlum oldu – Məhkəmə
“Səhliyalı”nın saxta və keyfiyyətsiz kolbasa satdığı məlum oldu – Məhkəmə
ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
ATİAHİ Şirvan Şəhər Komitəsində "KÖHNƏ HAMAM, KÖHNƏ TAS"dır... - Araz Paşayevin nəzərinə!
Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...
Oynaya bilmiriksə... OYNAMAYAQ: ZORDUR? - HƏQİQƏTƏN DƏ...