kanal1

Polisin öldüyü partlayışa görə qayınatası cəzalandırıldı

Tarix:21-10-2024, 16:17
Baxış Sayı:2



Ötən ilin 2 yanvar tarixində Binəqədi rayonu Cavadxan küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş partlayışa görə məhkəmə prosesi başa çatıb.

“Şərur” MTK-ya məxsus binanın 18-ci mərtəbəsində yerləşən mənzilin sahibi 1962-ci il təvəllüdlü Əlibaba Kəlbəliyevə hökm oxunub.

O, Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma-ölümlə nəticələndikdə) maddəsi üzrə təqsirli bilinib.

Bildirilib ki, 2022-ci ildə Ə.Kəlbəliyevin qızı polis əməkdaşı Məhəmməd Babayevlə ailə qurub. Bundan sonra o, Cavadxan küçəsindəki evini kürəkəninə yaşamaq üçün verib və gənc ailə həmin mənzildə yaşamağa başlayıb.

Hadisə baş verən gün M.Babayev evə gəlib və az sonra mənzildə qaz sızmasından güclü partlayış baş verib. Zərbənin təsirindən M.Babayev 18-ci mərtəbədəki mənzilin pəncərəsindən Cavadxan küçəsinə düşərək həlak olub. Həmçinin evə və qonşu mənzillərə məxsus qapı-pəncərələr dağılıb, əşyalar küçəyə tökülüb. Yol kənarındakı avtomobillərə və obyektlərə ziyan dəyib. Hadisə nəticəsində bir neçə sakin də xəsarət alıb.

Ə.Kəlbəliyev hadisədən əvvəl də binada qaz sızmasının olduğunu və MTK-nın, müvafiq qurumların cavabdeh olduğunu bildirib.

O, ibtidai istintaqa verdiyi ifadəsini məhkəmədə təsdiq etməyib və hadisədə günahının olmadığını bildirib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Ə.Kəlbəliyevə 4 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun barəsindəki polisin nəzarəti altına verilmə qətimkan tədbiri dəyişdirilməyib və cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.(Qafqazinfo)



Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı