kanal1

ÖZ İŞİ VƏ XEYİRXAH ƏMƏLLƏRİ İLƏ SAYILIB-SEÇİLƏN NİGAR MEHTİYEVA YÜKSƏK MƏNƏVİ KEYFİYYƏTLƏR SAHİBİDİR

Tarix:Bu gün, 16:38
Baxış Sayı:45


Tərixə nəzər yetirsək qadınlarımızın qəhrəmanlıq salnamələrinin şahidi olarıq. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin formalaşmasında, dövlətçiliyimizin inkişaf etdirilməsində, qorunması və qüdrətlənməsində qadınların müstəsna rolu olmuşdur. Böyük iradə sahibi olan qadınlarımız unikal zəkası, təkrarolunmaz qabiliyyəti və qətiyyəti ilə xalqımızın taleyüklü problemlərinin həllində xidmətlər göstərmişlər. Bir sözlə, Azərbaycan qadını tarixin bütün dönəmlərində ona bəslənilən etimadı layiqincə doğrultmuşdur.
 Dünya qadınları sırasında öz layiqli yerini tutmuş Azərbaycan qadınının cəmiyyətdə rolunun artırılmasına ilk dəyərli töhfə Ümummilli liderimiz Heydər Əliyev cənabları tərəfindən verilmişdir. Məhz onun böyük diqqət və qayğısı sayəsində qadınlarımız layiq olduqları qiyməti almışlar. Dahi Heydər Əliyev qadınların cəmiyyətdə rolunu və fəaliyyətini çox yüksək qiymətləndirərək deyirdi:
Qadın bəşərə yaraşıq,zinət, insanlığa şərəf şan-şöhrətdir.Qadın ucalıq, bakirəlik mənbəyidir, ismət, qeyrət, “qüdrət rəmzidir”.
Bu gün Azərbaycan qadınlarının önündə onları hər zaman yeni nailiyyətlərə, parlaq qələbəyə ruhlandıran, öz gərgin fəaliyyəti və fədakar həyatı ilə hər birimizə örnək olan lider vardır. Və bu lider YUNESKO-nun xoşməramlı səfiri, “Heydər Əliyev Fondu” nun Prezidenti Mehriban xanım Əliyevadır.
Çoxşaxəli və məhsuldar fəaliyyəti nəticəsində Mehriban xanım Əliyeva Azərbaycan qadınını dünya ictimaiyyətinə tamamilə yeni və son dərəcə uğurlu bir simada tanıtmış, Azərbaycan xanımının beynəlxalq aləmdə müasir işgüzar imicini yarada bilmişdir.
Yer üzünün əşrəfi sayılan insan dünyaya gələn gündən ömür payına düşən acılı-şirinli anlar yaşayır. Bu yaşam qadınlarımızın qəlbinin hərarəti ilə sanki daha da gözəlləşir.
Bu gözəllik içində ömür sürənlərdən biri də Azərbaycanın dəyərli xanımı,əsil həkim–onkoloq Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının II cərrahiyyə şöbəsinin süd vəzisi bölməsinin müdiri, həkim- onkoloq Nigar xanım Mehtiyevadır
Ömrünü hər bir insanın sağlam yaşaması üçün həsr edən Nigar xanım
xeyirxah əməlləri ilə sayılıb-seçilən yüksək mənəvi keyfiyyətlər  sahibidir. Nigar həkim öz fikrini aydın deməyi, hamını səbrlə, təmkinlə dinləməyi bacaran gözəl həkimdir. Onun fikrincə insanı dinləmək və fikrini bilmək, dərdinə vaxtında əlac etmək özü böyük bir səadətdir.
İşgüzarlığı, səmimiliyi və tələbkarlığı ilə bir çoxlarına örnək olan Nigar xanım öz xeyirxah əməli ilə bir çox xeyriyyə tədbirlərinin iştirakçısı olub.  
Azərbaycan vətəndaşı olduğuna görə böyük qürur duyan Nigar həkim olduqca qayğıkeş və humanistdir. Sadəliyi və üzügülərliyi, ünsiyyətdə nəzakətliliyi, təvazökarlığı ilə bütün kollektivin sevimlisinə çevrilib.
 Bu gün varlığı, işi və xeyirxah əməlləri ilə qürur duyduğumuz Nigar xanım Mehtiyevanı 18 oktyabr Dövlət Müstəqilliyinin bərpası günü münasibətilə təbrik edir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar arzulayır, həyatda və çətin,şərəfli və məsuliyyət tələb edən peşəsində səbr diləyirəm. 
İnanırıq ki, həm kollektivi, həm də xəstələrlə nümunəvi davranışı, yüksək əxlaqi və insani keyfiyyətləri ilə daim sevilən və seçilən Nigar xanımı qarşıda daha böyük uğurlar, nailiyyətlər gözləyir.
Sizə şərəfli və gərəkli ömür yolunuzda daha da möhkəm dəyanət və əzmkarlıq arzulayır, bir daha Müstəqillik gününüz mübarək olsun, deyirəm. 
Şəfalı əlləriniz var olsun, Nigar xanım

“FAZİL MƏMMƏDOV DÖVRÜ” QAYIDIR? - Kiçik sahibkarlara qarşı kütləvi yoxlamalar nə ilə bağlıdır?
“FAZİL MƏMMƏDOV DÖVRÜ” QAYIDIR? - Kiçik sahibkarlara qarşı kütləvi yoxlamalar nə ilə bağlıdır?
FHN-in sifarişləri ilə “Tərəqqi-Ş” MMC-nin apardığı təmir, tikinti işlərində nə kimi şübhəli məqamlar var
FHN-in sifarişləri ilə “Tərəqqi-Ş” MMC-nin apardığı təmir, tikinti işlərində nə kimi şübhəli məqamlar var
`Atena` müştərisini az qala zəhərləyəcəkdi... - GİLEY
`Atena` müştərisini az qala zəhərləyəcəkdi... - GİLEY
"Dörd Qardaş” MTK-dan şikayətçi vətəndaş maddi və mənəvi zərərə görə də iddia qaldırdı
"Dörd Qardaş” MTK-dan şikayətçi vətəndaş maddi və mənəvi zərərə görə də iddia qaldırdı
Şeyxə məxsus olduğu iddia edilən “Malibo Residence” MTK vətəndaşın 8 ildir mənzilin vermir
Şeyxə məxsus olduğu iddia edilən “Malibo Residence” MTK vətəndaşın 8 ildir mənzilin vermir
ÖZ İŞİ VƏ XEYİRXAH ƏMƏLLƏRİ İLƏ SAYILIB-SEÇİLƏN NİGAR MEHTİYEVA YÜKSƏK MƏNƏVİ KEYFİYYƏTLƏR SAHİBİDİR
ÖZ İŞİ VƏ XEYİRXAH ƏMƏLLƏRİ İLƏ SAYILIB-SEÇİLƏN NİGAR MEHTİYEVA YÜKSƏK MƏNƏVİ KEYFİYYƏTLƏR SAHİBİDİR
“Şirkət rəhbəri məni aldadaraq 15 800 manatımı alıb”
“Şirkət rəhbəri məni aldadaraq 15 800 manatımı alıb”
Neft və milyonlar səltənətinin DƏRMAN BARONU... - Feyziyevə hava hər yerdə xoşdur?
Neft və milyonlar səltənətinin DƏRMAN BARONU... - Feyziyevə hava hər yerdə xoşdur?