kanal1

"Dörd Qardaş” MTK-dan şikayətçi vətəndaş maddi və mənəvi zərərə görə də iddia qaldırdı

Tarix:Bu gün, 17:26
Baxış Sayı:0


Xəbər verdiyimiz kimi, Bakı şəhər sakini V. Süleymanov “Dörd Qardaş” MTK-ya qarşı öhdəliyin icra edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Belə ki, vətəndaşın sözügedən MTK-dan aldığı mənzilin təmiri və sağac quraşdırması üçün əlavə ödənişlər tələb edilib.

Artıq bir müddətdir ki, məhkəmə prosesi davam edir. Belə ki, sentyabrın 2-də Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən prosesə “Dörd Qardaş” MTK-dan heç kim gəlməyib. Buna baxmayaraq, hakim Lalə Rəhimli şikayətçinin iddiasını təmin edərək prosesi keçirib.

Təəssüf ki, “Dörd Qardaş” MTK tərəfindən bu günə qədər məhkəmə qərarı icra edilməyib. Görünür ki, qarşı tərəfin proseslərdən yayınmaqla işi uzadır və şikayətçi tərəfə mənzilini vermək istəmir.

Xatırladaq ki, Abşeron rayon məhkəməsi vətəndaşın xeyrinə qərar çıxarıb. Belə ki, qərarda bildilir ki, iddiaçı Süleymanov Vüqar Tahir oğlunun cavabdeh «Dörd Qardaş» MTK-ya qarşı öhdəliyin icra edilməsi tələbinə dair ilkin iddiası qismən təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsi, Novxanı-Masazır şossesi, ünvanında yerləşən ”Dörd Qardaş” MTK-ya məxsus yaşayış kompleksində 3-cü girişin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 63.47 kv.m olan 42 saylı mənzil «Dörd Qardaş» MTK tərəfindən Süleymanov Vüqar Tahir oğluna təhvil verilsin. 101 (yüz bir) manat dövlət rüsumu (xidmət haqqı ilə birgə) və vəkilə xidmət haqqına görə ödənilən 221 (iki yüz iyirmi bir) manat pul cavabdeh ”Dörd Qardaş” MTK-dan tutularaq Süleymanov Vüqar Tahir oğluna ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İddiaçı «Dörd Qardaş» MTK-nın cavabdehə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin.

TEREF xəbər verir ki, Xeberle.com-un məlumatına görə, növbəti məhkəmə prosesi isə V. Süleymanovun iddiası əsasında vurulmuş maddi və mənəvi zərərə görə olacaq. Azərbaycanın qüvvədə olan qanunvericiliyi şəxsə vurulmuş mənəvi zərərin əvəzini tələb etmək hüququ verir. Qanunvericilik maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapıb. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.

Belə ki, V. Süleymanovun iddiası əsasında Nəsimi rayon məhkəməsində keçiriləcək prosesin hakimi Günay Abidovadır. V. Süleymanov hakimin ədalətli qərar çıxaracağına ümid edir.

Ümid edirik ki, Nəsimi rayon məhkəməsi tərəfindən vətəndaşın hüquqları ədalətli şəkildə bərpa ediləcək.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

“FAZİL MƏMMƏDOV DÖVRÜ” QAYIDIR? - Kiçik sahibkarlara qarşı kütləvi yoxlamalar nə ilə bağlıdır?
“FAZİL MƏMMƏDOV DÖVRÜ” QAYIDIR? - Kiçik sahibkarlara qarşı kütləvi yoxlamalar nə ilə bağlıdır?
FHN-in sifarişləri ilə “Tərəqqi-Ş” MMC-nin apardığı təmir, tikinti işlərində nə kimi şübhəli məqamlar var
FHN-in sifarişləri ilə “Tərəqqi-Ş” MMC-nin apardığı təmir, tikinti işlərində nə kimi şübhəli məqamlar var
`Atena` müştərisini az qala zəhərləyəcəkdi... - GİLEY
`Atena` müştərisini az qala zəhərləyəcəkdi... - GİLEY
"Dörd Qardaş” MTK-dan şikayətçi vətəndaş maddi və mənəvi zərərə görə də iddia qaldırdı
"Dörd Qardaş” MTK-dan şikayətçi vətəndaş maddi və mənəvi zərərə görə də iddia qaldırdı
Şeyxə məxsus olduğu iddia edilən “Malibo Residence” MTK vətəndaşın 8 ildir mənzilin vermir
Şeyxə məxsus olduğu iddia edilən “Malibo Residence” MTK vətəndaşın 8 ildir mənzilin vermir
ÖZ İŞİ VƏ XEYİRXAH ƏMƏLLƏRİ İLƏ SAYILIB-SEÇİLƏN NİGAR MEHTİYEVA YÜKSƏK MƏNƏVİ KEYFİYYƏTLƏR SAHİBİDİR
ÖZ İŞİ VƏ XEYİRXAH ƏMƏLLƏRİ İLƏ SAYILIB-SEÇİLƏN NİGAR MEHTİYEVA YÜKSƏK MƏNƏVİ KEYFİYYƏTLƏR SAHİBİDİR
“Şirkət rəhbəri məni aldadaraq 15 800 manatımı alıb”
“Şirkət rəhbəri məni aldadaraq 15 800 manatımı alıb”
Neft və milyonlar səltənətinin DƏRMAN BARONU... - Feyziyevə hava hər yerdə xoşdur?
Neft və milyonlar səltənətinin DƏRMAN BARONU... - Feyziyevə hava hər yerdə xoşdur?