kanal1

Dövlətin puluna YAĞI MÜNASİBƏTİ... - BUNUN BAŞQA ADI YOXDUR...

Tarix:15-10-2024, 09:31
Baxış Sayı:0


Laçın rayonu, Katos kənd sakini Abdullayev Əbdül Nurqələm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin müraciətini olduğu kimi dərc edirik:

“Mən, Abdullayev Əbdül Nurqələm oğlu, bildirim ki, hazırda Şəki rayonunun Yeni Çələbixan qəsəbəsində yaşayıram. Həyat yoldaşım Abdullayeva Tünzalə Fizuli qızı 2 ilə yaxındır mal-qara almaq üçün Dövlət Məşğulluq Agentliyinə müraciət edib. Avqustun 29-da bizə zəng edərək bildirdilər ki, Şəki rayonunun mal bazarından heyvanlarınızı götürə bilərsiz. Biz heyvanları aldıq. Səhəri gün heyvanların 21-i də xəstələndi, iki baş heyvan tələf oldu.

Sosial şəbəkə vasitəsi ilə cənab Prezidentə və Kənd Təsəsrrüfatı Nazirliyinə müraciət etdim. Məşğulluq Agentliyinin nümayəndəsi gəldi, gördü ki, heyvanların xəstə olduğunu təsdiqlədi. Dövlət Məşğulluq Agentliyinin işçiləri gələrək, heyvanları apardılar. Bizə bildirdilər ki, sizə sağlam heyvan verəcəyik.

Bir gün xəbər verdilər ki, sizə sağlam heyvan gətirmişik. Bu dəfəki heyvanlar isə qoca və xəstə idi. Biz heyvanlardan imtina etdik”.

Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, Şəki rayonu, Çələbixan qəsəbəsi sakini Abdullayeva Tünzalə Fizuli qızının müraciəti agentlik tərəfindən araşdırılıb: “Vətəndaş özünüməşğulluq proqramı iştirakçısıdır. 29.08.2024-cü il tarixdə “qoyunçulqu təsərrüfatı” zərfi üzrə aktivlərlə təmin olunub. 12.09.2024-cü il tarixində vətəndaş Məşğulluq Agentliyinin yerli filialına müraciət edərək heyvanlardan birinin tələf olduğunu bildirib və digər heyvanların da dəyişdirilməsini tələb edib. Tünzalə Abdullayevanın müraciəti əsasında sənədləri aidiyyəti üzrə baxılması üçün göndərilib. Vətəndaş bir neçə dəfə, sonuncu dəfə isə 04.10.2024-cü il tarixdə yeni aktivlərlə təmin olunmaq üçün paylanış prosesinə dəvət edilib. Tünzalə Abdullayeva hər dəfə heyvanları götürməkdən imtina edib.(Hurriyyet.az)

Vətəndaş növbəti aktiv paylama prosesinə dəvət ediləcəkdir”.



Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
Xətai rayonunda iki mərtəbəli qanunsuz tikintiyə kim icazə verib?-Fotofakt
Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – Uşaq ayaqqabısı ilə başlayan biznesin izi ilə/FOTOLAR
Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – Uşaq ayaqqabısı ilə başlayan biznesin izi ilə/FOTOLAR
Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!
Məcnun Məmmədov BACARMADI: Ölkə ƏT BÖHRANI ilə ÜZ-ÜZƏ... - FAKT BUDUR!
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
İcra başçısı Rafiq Quliyevdən şəhidlərə hörmətsizlik - XƏTAİ SAKİNLƏRİNDƏN MÜRACİƏT / VİDEO
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir