kanal1

Kitab sərgisi üçün nazirlikdən 642 min manat alan şirkət bəzi xidmətləri yerinə yetirməyib?

Tarix:7-10-2024, 17:45
Baxış Sayı:0


2-8 oktyabr tarixlərində Bakı EXPO Mərkəzində keçirilən Beynəlxalq Kitab Sərgisinin təşkili xidmətləri üçün Mədəniyyət Nazirliyi “ADMEDİA.AZ” MMC (VÖEN - 2002644161) şirkətinə 641 min 548 manat 30 qəpik ayırıb.

Yeniavaz.com xəbər verir ki, “ADMEDİA.AZ” MMC Mədəniyyət Nazirliyinin keçirdiyi tender müsabiqəsinin (açıq tender) qalibi olub və bu şirkət Beynəlxalq Kitab Sərgisinin təşkili ilə bağlı 86 adda müxtəlif xidmətlər həyata keçirməlidir.

Məlumat üçün bildirək ki, sərgi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan xidmətlərdən bəzilərinin icra olunmadığı görülür.

Tender müsabiqəsinin şərtlərində göstərilir ki, “ADMEDİA.AZ” MMC 5 xəbər portalında – “trend.az”, “oxu.az”, “1news.az”, “qafqazinfo.az” və “kulis.az” saytlarında reklam xarakterli bannerlər yerləşdirməlidir. Adları qeyd olunan saytların yalnız 2-də – “qafqazinfo.az” və “kulis.az” saytlarında Beynəlxalq Kitab Sərgisi ilə bağlı reklam bannerləri yerləşdirilib. Digər saytlarda isə reklam bannerləri görünmür.

Həmçinin tender müsabiqəsinin şərtlərində qeyd olunub ki, Beynəlxalq Kitab Sərgisinə aid olan “bakubookfair.az” saytında informasiyaların (materialların) yerləşdirilməsi həyata keçirilməlidir. Lakin, səriginin başa çatmasına 1 gün qalmasına baxmayaraq hələ də “bakubookfair.az” saytında sərgi ilə bağlı heç bir məlumat dərc olunmayıb. Hətta sərginin açılışı barədə məlumat da saytda mövcud deyil.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “ADMEDİA.AZ” MMC 21 may 2013-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 2G ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Məmmədov Emin Əjdər oğlu, təsisçisi isə Sabit Məmmədovdur.

“ADMEDİA.AZ” MMC bu günə kimi dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərin qalibi olub. Şirkətin rəsmi saytında göstərilir ki, əsas fəaliyyətləri reklam, media, marketinq sahələrini, həmçinin sərgi və tədbirlərin təşkili xidmətlərini əhatə edir.

Qeyd edək ki, məsələ ilə bağlı “ADMEDİA.AZ” MMC-nin həm reklam şöbəsinin, həm də sərginin təşkilinə məsul olan əməkdaşları ilə əlaqə saxlasaq da, suallarımıza cavab ala bilmədik.

Sərginin Təşkilat Komitəsinin və İşçi Qrupunun üzvü Xəyal Məmmədovla telefon əlaqəsi yaratmaq cəhdlərimiz cavabsız qaldı. İşçi Qrupunun digər üzvü Lalə Məmmədovaya məxsus olduğu bildirilən əlaqə nömrəsi isə hazırda fəaliyyətsizdir.

Şəhərsalma Komitəsindəki korrupsiya şəbəkəsi ifşa olunur - "Dollar Cavid" ləqəbli məmurun maxinasiyaları
Şəhərsalma Komitəsindəki korrupsiya şəbəkəsi ifşa olunur - "Dollar Cavid" ləqəbli məmurun maxinasiyaları
Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT
Acundan onunla bağlı aparılan araşdırmaya - Reaksiya
Acundan onunla bağlı aparılan araşdırmaya - Reaksiya
“Lerikdə 8 məktəb bağlanıb, şagirdlər hələ daşınmayıb” - Yenilənib
“Lerikdə 8 məktəb bağlanıb, şagirdlər hələ daşınmayıb” - Yenilənib
Zaur Nəbioğlu 10 min manat rüşvət təklif edib?! -İDDİA
Zaur Nəbioğlu 10 min manat rüşvət təklif edib?! -İDDİA
“Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
“Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
Binəqədi İcra Hakimiyyəti Xocasəndə qanunsuz tikilinin qarşısını ala bilmir – Bəs Arxitektura Komitəsi hara baxır?
Hindistanın xarici işlər nazirinin COP29-dan GÖZLƏNTİLƏRİ – EKSKLÜZİV
Hindistanın xarici işlər nazirinin COP29-dan GÖZLƏNTİLƏRİ – EKSKLÜZİV