kanal1

"Uşaqlarıma görə, ünvanlı sosial yardıma ehtiyacım var..." - MÜRACİƏT

Tarix:1-08-2024, 12:03
Baxış Sayı:3


Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini İmamquluyev Eşqin Elşad oğlu tərəfindən “Hurriyyet.az” saytının redasiyasına şikayət ərizəsi daxil olub. Vətəndaş bildirir ki, əvvəllər aldığı ünvanlı sosial yardımı artıq ala bilmir.

“Mən, İmamquluyev Eşqin Elşad oğlu, yazaraq diqqətinizə çatdırmaq istəyirəm ki, ailəliyəm, 2 oğlum var. Gələcəyin əsgərlərini böyüdürəm, amma çox çətindir. Çünki dolanışığım sıfır həddindədir. Heç bir yerdə işləmirəm. Yoldaşım da evdar qadındır. Gəlir yerimiz yoxdur. İş olanda günəmuzd fəhlə kimi işləyirəm. Allaha and olsun ki, vəziyətim çox bərbaddır”, deyə şikayətçi yazır.

Vətəndaş 3 ay əvvəl ünvanlı sosial yardım üçün müraciət etdiyini bildirir: “Üç aydır ki, ünvanlı sosial yardım üçün müraciət etmişəm. Nə bir yoxlanış gəlir, nə bir təyinat. Əvvəllər bir il müddətində ünvanlı sosial yardım alırdım. Daha sonra yardımın yenilənməsi üçün quruma müraciət etdim. Dedilər ki, evə baxış keçirəcəklər. Lakin gələn yoxdur. Hər dəfə elektron sistemdə “emal olunur” yazılır”.

İmamquluyev Eşqin bildirir ki, dörd il öncə 44 günlük müharibədə iştirak etmək üçün də müraciət edib. “Müharibə vaxtı könüllü olaraq döyüşmək üçün müraciət etmişdim, amma aparmamışdılar. Məktəbdə oxuyan vaxtı hərbiyə gedib, qol çəkib, xidmət göstərmişəm”, yazan şikayətçi, “Sizdən artıq dərəcədə rica edirəm, mənim səsmə səs verin. Uşaqlarıma görə, ünvanlı sosial yardıma ehtiyacım var. Xahiş edirəm, problemimi işıqlandırın”, deyə onun probleminin həll olunması üçün yardım istəyir.

Məsələ ilə bağlı "Hurriyyet.az" saytı olaraq Dövlət Sosial Müdafiə Fonduna sorğu göndərdik.

İsrail İranın qərbində 40-dan çox hərbi obyektə zərbə endirib
İsrail İranın qərbində 40-dan çox hərbi obyektə zərbə endirib
“Mərcan” Klinikasında əməliyyatlar qanunsuz aparılıb: Nigar Məhəmmədova barəsində araşdırma aparılır……
“Mərcan” Klinikasında əməliyyatlar qanunsuz aparılıb: Nigar Məhəmmədova barəsində araşdırma aparılır……
Böyük Britaniya diplomatlarının ailə üzvləri İsraildən çıxarılıb
Böyük Britaniya diplomatlarının ailə üzvləri İsraildən çıxarılıb
“Rövşanoğlu Holdinq”ə məxsus “Gold Palace” şadlıq sarayında pozuntular aşkarlandı
“Rövşanoğlu Holdinq”ə məxsus “Gold Palace” şadlıq sarayında pozuntular aşkarlandı
SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA
SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA
SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA
SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA
İlham Əliyev Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunan konfransın iştirakçılarına müraciət ünvanlayıb
İlham Əliyev Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunan konfransın iştirakçılarına müraciət ünvanlayıb
Sabunçuda növbəti dəfə dağ ərazisi satılır?-Video
Sabunçuda növbəti dəfə dağ ərazisi satılır?-Video