kanal1

Muxtar müəllim, bu tüstü COP29-a heç yaraşmır... - VİDEOFAKT

Tarix:25-05-2024, 10:40
Baxış Sayı:1

Muxtar müəllim, bu tüstü COP29-a heç yaraşmır... - VİDEOFAKT

Zaman-zaman Bakı şəhərinin inzibati rayonları ərazisində yerləşən ictimai iaşə obyektləri, şadlıq evləri, restoranlardan havaya atılan tüstü axını və qoxu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən edilən tövsiyə və göstərişlərə əməl etməyən, müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlığa məhəl qoymayan ictimai iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülməyə başlanması barədə yazılara rast gəlirik. Real vəziyyət isə ürəkaçan deyil. Məsələ burasındadır ki, bəlli aylıq "tas" verən şadlıq sarayları Bakının səmasına hər gün tonlarla çirkab axıtmaqda davam edirlər.
Bakı şəhər, Binəqədi rayon, C.Xəndan küçəsində yerləşən "Monte Kristo" Şadlıq sarayı ilə bağlı redaksiyamıza şikayət ünvanlanıb. Həmin ərazidə yaşayan sakinlərin şikayətində qeyd olunur ki, hər gün axşam saat 18:00-dan başlayaraq 5-6 saat ərzində irimiqyaslı, çirkli hava tullatısı səmaya buraxılır: "Küçədə, evdə, iydən, qoxudan gəzə, istirahət edə bilmirik. Dəfələrlə aidiyyatı qurumlara şikayət etsək də, heç bir effekti yoxdur".
Redaksiyamızın əməkdaşı axşam saatlarında sözügedən əraziyə gedib, katastrofik vəziyyəti lentə alıb. Bir balaca ağacın budağı kəsiləndə əraziyə toplaşan Ekologiya nazirliyinin əməkdaşları, nədənsə bu dəhşətli mənzərəyə "yaşıq işıq" yandırıblar. Görünən odur ki, "COP-29"a hazırlıq mərhələsində belə nazir Muxtar Babayev hansısa marağa görə bu kimi iyrənc mənzərələrə göz yummaqda israrlıdır.
Mövzunu davam etdirəcəyik.
7NEWS.az

Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
"Azəriqaz" haqqında külli-miqdarda yeyinti aşkara çıxan Namiq Məmmədovu rəis təyin etdi
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Vətəndaşlara “Azərpoçt”un adından saxta mesajlar göndərilir
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu RAYONLARDADIR
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
Nizami rayonunda qanunsuz tikli aparan "Boranı" restoranlar şəbəkəsinin rəhbəri yaş ağacları kəsdirib görün harda gizlədir/VİDEO
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Mayomed” klinikasında Nihad Aslanov nece estetik prosedurlar həyata keçirir?
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı
“Türkiye Bursları”nda rüşvət şəbəkəsi: "Azərbaycanda bu təqaüd yerləri tələbələrə pulla satılır” - Adlar açıqlandı