kanal1

“Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır –VİDEO

Tarix:21-05-2024, 09:31
Baxış Sayı:0

“Veysəloğlu”nun “Araz” marketləri müştəriləri belə aldadır –VİDEO

“Veysəloğlu” şirkətlər qrupuna daxil olan “Araz supermarketlər şəbəkəsi” yenə istehlakçıları aldatmağa davam edir.
Bu dəfə müştərilərdən biri marketin vitrinində başqa, kassada ayrı qiymətlə qarşılaşıb. Belə ki, 15 ədəd yumurtanın üzərində 1,35 manat qeyd olunsa da, kassada verilən qəbzdə onun 1,65 manat hesablandığı məlum olub. Müştəri bununla bağlı video fakt paylaşıb. Ümumiyyətlə, “Araz” marketlərində istehlakçıların aldadılması, qiymətlərin düzgün qoyulmaması və ya fırıldaq işlədilməsi tez-tez olur.
Onu da deyək ki, “Veysəloğlu” MMC ilə bağlı cərimə protokolu tərtib edilib. MMC İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Sözügedən maddəylə bağll danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu maddəyə əsasən sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlməlidir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması kimi qəbul edilir.(Reportyor.info)

ƏSİL ZİYALILIQ XEYİRXAHLIQDIR
ƏSİL  ZİYALILIQ XEYİRXAHLIQDIR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Aqil Babayevin cinayət işinin pərdəarxası: şok faktlar və “bədxah” obraz
Aqil Babayevin cinayət işinin pərdəarxası: şok faktlar və “bədxah” obraz
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
Gəncədə bir gündə 4-5 nəfəri İT DİŞLƏYİR - NARAZILIQ VAR...
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT
“TS Motors” ölkədən pul çıxarmaqda günahlandırılır - TƏFƏRRÜAT