kanal1

DAHA BİR ÖMÜR HEYDƏR ƏLİYEVSİZ YAŞANDI

Tarix:17-05-2024, 13:09
Baxış Sayı:80

DAHA BİR ÖMÜR HEYDƏR ƏLİYEVSİZ YAŞANDI

Hər bir xalqın dövlətçilik ənənələri həmin xalqın tarixən yetirdiyi dövlət xadimlərinin adı ilə sıx şəkildə bağlıdır. Azərbaycan xalqı bu baxımdan xoşbəxt xalqır.

Çünki tarixən onun dövlət təfəkkürünü inkişaf etdirən dövlət ənənələrini gələcək nəsillərə ötürən sərkərdələri və dövlət xadimləri olmuşdur.

Azərbaycanı bütün dünyaya tanıdan və bu tanıtımla xalqını xoş gələcəyə aparan dövlət xadimi cənab Heydər Əliyev mənalı bir ömür yaşadı. Həm də bu mənalı ömrün ən böyük mənası ondadır ki, bu ömür xalqımızın tarixi taleyi ilə sıx bağlı olmuş, onun dövlətçilik sədaqətinin qarantına çevrilmişdir. Dahi Heydər Əliyevin respublikamıza rəhbərliyi Azərbaycanın sürətli inkişaf  illəri olmuşdur.

Mən çox fəxarət hissi keçirirəm ki, dahi Heydər Əliyevi yetişdirib boya-başa çatdıran bu torpaqda onun daxili siyasətinin davamçıları var. Axı bu siyasətin ən strateji məqsədi xalq üçün çalışmaq,onun parlaq və işıqlı gələcəyini təmin etmək deməkdir. Heydər Əliyev şəxsiyyəti nəhəng dünya siyasət arenasına pillə-pillə yüksələrək Azərbaycan adlı uca bir dağın zirvəsini dəf etmiş oldu.

Tanrı dahi Heydər Əliyevə millətin xilaskarlıq missiyasını yerinə yetirmək üçün bütün lazım olan xüsusiyyətləri bəxş etmişdir. Azərbaycan tarixində bu şəxsiyyətlə müqayisəyə gələn sərkərdələrin adı demək olar ki, çox az çəkilir.

 Ümummilli lider Heydər Əliyev Sovet hakimiyyəti illərində dövləti qoruyub saxlamaqla inkişaf etdirdi.

Dahi liderin Azərbaycan xalqının ləyaqəti barədə gözəl ideyaları bir çox nəsillərin qəlbinə yol tapmış və həyatda düzgün istiqamət almışdır.
 
Heydər Əliyev şəxsiyyəti bizi azadlığa hazırladı, bu azadlıq birlik, bütöv bir Azərbaycan dövləti yaratdı.Biz Azərbaycan xalqının milli ləyaqətinin qorunması yolunda,həmçinin, bütün dünya azərbaycanlılarının birlik və həmrəylik düşüncələrini reallaşdıran Ümummilli liderimiz Heydər Əliyev gələcək nəsillər üçün abad və firavan yol açdı.

Biz hər birimiz cənab Heydər Əliyevin yolunu abad saxlamaq üçün əzmlə çalışacağımıza söz veririk.

Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Azəriqazın sayğac oyunu vətəndaşın cibində "partlayır
Azəriqazın sayğac oyunu vətəndaşın cibində "partlayır
Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
ƏSİL ZİYALILIQ XEYİRXAHLIQDIR
ƏSİL  ZİYALILIQ XEYİRXAHLIQDIR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Aqil Babayevin cinayət işinin pərdəarxası: şok faktlar və “bədxah” obraz
Aqil Babayevin cinayət işinin pərdəarxası: şok faktlar və “bədxah” obraz
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...