kanal1

ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

Tarix:17-05-2024, 12:59
Baxış Sayı:1

ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

Zirə qəsəbəsi məişət tullantıları poliqonuna çevrilib. Qəsəbə sakinləri ərazidə zibil konteynerlərinin olmamasından şikayətçidirlər.

Bununla bağlı Bizim.Media-ya müraciət edən bir qrup qəsəbə sakini uzun illərdir davam edən problemə əncam çəkilmədiyindən gileyləniblər.

Dediklərinə görə Zirənin nə mərkəzi, nə də ətraf küçələrində qəsəbə boyu zibil qutularının olmaması sakinlərin işini çətinləşdirib. Bu səbəbdən sakinlər məişət tullantılarını ya yolun qırağına, ya mərkəzdən bir qədər aralıda “yeni yaşayış massivi” adlanan ərazidəki boş sahəyə atmağa məcburdurlar.

Sakinlərin sözlərinə görə, əvvəl qəsəbədə zibil qutuları olub, amma son vaxtlar zibil daşıyan şirkət ərazidən bütün konteynerləri yığışdırıb. Üstündən xeyli vaxt keçsə də, hələ də qutular geri qaytarılmayıb. Qalan çox az sayda zibil qutuları isə vaxtında daşınmır. Yaşayış məntəqəsi getdikcə böyüsə də, küçələrə zibil konteynerləri qoyulmur.

Məsələ ilə bağlı Xəzər rayonu Zirə qəsəbə nümayəndəliyindən Rasim Hüseynov Bizim.Media-ya açıqlamasında ərazini zibilliyə çevirən qəsəbə sakinlərindən şikayətlənib. O, deyib ki, ərazidə kifayət sayda zibil qutuları qoyulub. Buna baxmayaraq sakinlər məişət tullantılarını küçənin ortasına, yaxud öz maşınları ilə boş sahələrə atırlar:

“Mərkəzi yolda 30-dan yuxarı zibil qutuları var. Bundan əlavə fərdi qaydada maşınlarla hər gün bir məhələyə düşərək qapılardan zibillər yığılır. Amma namətimz adamlar var ki, fərdi maşınlara 2 manat verməsin deyə zibilini küçəyə atıb gedir. Əgər sən maşına benzin töküb zibilini aparıb o boş sahəyə atırsansa, elə 2 manat ver, qapından daşınsın da...

Qəsəbədəki zibillər vaxtlı-vaxtında daşınır. Ola bilər bir və iki gün fasilə yaranır. Çünki maşın köhnədi, təmirə dayanır. Qaldı ki, boş əraziyə, ora atılan məişət tullantıları dəfələrlə yığılır. Acınacaqlı durumda olduğunu bilirik. Həmin sahənin təmizlənməsi üçün texnika lazımdır. Yəqin ki, yaxın günlərdə məsələni həll edəcəyik”.

Qeyd edək ki, Zirə qəsəbəsində 13 min nəfərə yaxın əhali yaşayır.

Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Azəriqazın sayğac oyunu vətəndaşın cibində "partlayır
Azəriqazın sayğac oyunu vətəndaşın cibində "partlayır
Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
ƏSİL ZİYALILIQ XEYİRXAHLIQDIR
ƏSİL  ZİYALILIQ XEYİRXAHLIQDIR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Aqil Babayevin cinayət işinin pərdəarxası: şok faktlar və “bədxah” obraz
Aqil Babayevin cinayət işinin pərdəarxası: şok faktlar və “bədxah” obraz
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...