kanal1

İCTİMAİ ASAYİŞİN KEŞİYİNDƏ

Tarix:17-05-2024, 10:04
Baxış Sayı:89

İCTİMAİ ASAYİŞİN KEŞİYİNDƏ

Qara Abdullayevin qara əməlləri" başlıqlı yazılan neqativ yazılar dərc edilməkdə davam edir.
Doğrusu mən bir yazar olaraq hər zaman jurnalist həmkarlarımın fikirlərinə hörmətlə yanaşmışam.Hər zaman obyektiv olan,haqqın yanında olan jurnalistləri mən də bir yazar olaraq dəstəkləmişəm.
Unutmamalıyıq ki,dünyada hər şeydən öncə haqq vardı, ondan sonra söz  yarandı, ardınca inam. Biz haqqımızı bilərək sözümüzü deyib, inam qazanmalıyıq.
Bugünkü dövrümüzü jurnalistsiz təsəvvür etmək çətindir.Jurnalistlər ictimai həyatın bütün sahələrini əhatə edən informasiya, geniş kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malikdirlər. Jurnalistin iş prinsipi, vəzifəsi xəbər və məlumat qaynaqlarına tez çatmaq və əldə etdiyi bütün məlumatları dəqiq və qərəzsiz olaraq oxucuların nəzərinə çatdırmaq və bununla da biz jurnalistlərin hər zaman haqqın və haqqı olanın yanında olduğumuzu birmənalı şəkildə göstərməkdir.
Əlbəttə ki, qarşı tərəfin mövqeyi də dinlənilmək şərtilə... 
Açıq fikirli, dürüst olmaq, pis, mənasız və yalan fikirlərdən uzaq qaçmaq jurnalistikanın əsas şərtidir.
Bəli, jurnalist hər zaman haqqın və haqqı olanın sözünü deməlidir: 
_ Dəqiq və qərəzsiz.
Jurnalistlik xalqla dövlət arasında xüsusi bir vasitəçidir. Dövlətin verdiyi qanunları, nizamnamələri jurnalist hər vasitə ilə xalqa çatdırır. Həmçinin də xalqın dilindən xalqın narazı olduğu problemlər haqqında dövlətə, dövlət daxilindəolan səlahiyyətli şəxslərə çatdırır.
   Hər zaman olduğu kimi bu gün də hörmətli Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında aparılan siyasətə dəstək olacaq, bu siyasətə
kölgə salan, maneçilik törədən məmur elitasına qarşı barışmaz mübarizə aparacaq, hansı sahədə olursa-olsun yerlərdə incidilən insanlarımıza arxa duracaq, hər bir şikayətçinin sözünü ölkə başçısına çatdıra biləcək bir mətbu orqan olaraq sözümü deyəcəyəm.     
Ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətin və aparılan islahatların bəhrəsi özünü göstərməkdədir. Günbəgün inkişaf edən ölkəmiz dünyada və regionda lider dövlətə çevrilməkdədir. Lakin bəzən yerlərdə elə məmurlar, elə üzdəniraq rəhbərlər var ki, görülən işlərə öz çirkin əməlləri ilə kölgə salır, insanları incidir, haqsızlıq edir, bürokratik əngəllər əmələ gətirir.
Lakin təəssüflər olsun ki,son zamanlar həmkarlarım arasında da hər hansı bir məmurun işinə, gördüyü xeyirxah əməllərə ləkə gətirəcək yazılara da rast gəlirik. Doğrusu, belə olduğu halda açıq aydın görmək olur ki,bir çox sahələrdə olduğu kimi jurnalistika sahəsində də bügünkü vəziyyət heç də xoşagələn deyil. Və belələrinə qarşı mübarizə aparmaq,onların hədəf seçdiyi məmurlara qarşı fikir bildirmək məsuliyyətini bu gün bir yazar olaraq öz üzərimə götürməyi özümə mənəvi borc bildim.
Doğrusu bu gün sosial şəbəkələrdə haqqında rast gəlinən həmin məmur hər kəsin yaxşı tanıdığı,44 günlük İkinci Vətən müharibəsində arxa cəbhədə öz dəstəyini yüksək dərəcədə göstərən, müharibə zamanı səngərdə olan əsgər ailələrinin yanında olan,hazırkı günə kimi şəhid ailələrinə,qazilərimizə hər zaman dəstək olan bir insan haqqında neqativ fikir bildirilməsi bir yazar olaraq məni məyus etdi.
Dəyərli İctimailider.az oxucuları, o insanı siz də tanıyırsınız.
Biz bir mətbu orqanı olaraq hər əlamətdar günlərdə bu dəyərli insan haqqında səhifələrimizdə yer ayırmışıq.Axı,nə üçün yaxşıları tanıtdırmayaq?!Mənim fikrimcə, bu dünyanı gözəllik deyil,xeyirxahlıq xilas edə bilər. Bu gün narahat dünyamızın xeyirxah,mərd insanlara ehtiyacı böyükdür.Elə yazımın əsas qəhrəmanı Nəsimi rayon Yol Polisi İdarəsinin rəisi, polis mayoru
Qara Abdullayevdir.
İctimai-siyasi sabitlik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş hər bir dövlətin mövcudluğunun mühüm şərtlərindən biridir. Müstəqil Azərbaycanın son illərdə bütün sahələrdə sürətlə inkişaf edən, beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsi də ölkəmizdəki ictimai-siyasi sabitlik amilinə söykənir.
Respublikamızda ictimai asayişin,qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı,vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması kriminogen durumun sabitliyi Azərbaycanın ötən müddətdə qazandığı ən mühüm nailiyyətlər sırasındadır.Danılmaz həqiqətdir ki,respublikamızın ictimai-siyasi sabitlik şəraitində,inkişafında,ictimai asayişin qorunmasında,cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində,dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində,vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu vardır. Cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı amansız mövqe tutan daxili işlər orqanları qanunla üzərinə düşən vəzifələrini yerinə yetirməklə, iqtisadi inkişafın mühüm şərti olan sabitliyin təminatı üçün bütün zəruri tədbirləri həyata keçirməklə xalqın və dövlətin sadiq keşikçisinə çevrilmiş, ictimai etimad qazanmışlar.
Daxili İşlər Nazirliyinin öz vəzifələrinin öhdəsindən ləyaqətlə gələn strukturlarından biri də Baş Dövlət Yol Polisi İdarəsi və bu İdarənin yerlərdəki struktur vahidləridir. Bu sistemin fəaliyyətinin təqdirolunmasında onun sıralarında çalışan polis işçilərinin peşəkarlığından da çox şey asılıdır. Belə peşəkarlardan biri haqqında söz açmaq istəyirəm.
Qara Abdullayevin Nəsimi rayon Yol Polisi İdarəsinə rəhbərliyə başladığı vaxtdan rayonun ərazisində hərəkət təhlükəsizliyinin təminatı xeyli yaxşılaşmışdır.Onun rəhbərliyi altında İdarənin əməkdaşları dislokasiya ilə xidmət apardıqları sahələrdə yol hərəkət qaydalarını pozan şəxslərlə keçirdikləri profilaktik tədbirlərlə yanaşı, cinayətkarlığa qarşı mübarizə sahəsində də mühüm nailiyyətlər əldə ediblər.İdarənin şəxsi heyəti Nəsimi rayon ərazisində keçirilən bütün ictimai-mədəni tədbirlərin gedişində iştirak edərək,həmin tədbirlərin aparılması müddətində ərazilərdə nəqliyyatın hərəkət təhlükəsizliyini təmin etmişlər.
İdarənin şəxsi heyətinin mənəvi psixoloji durumu da çox yüksək səviyyədədir ki,bunun da bir əsas səbəbi polis mayoru Qara Abdullayevin idarədə yaratdığı gözəl atmosferlə bağlıdır.İdarənin əməkdaşları Qara Abdullayevlə çiyin-çiyinə işləməkdən qürur duyurlar.
Qara Abdullayevə və onun rəhbərlik etdiyi Nəsimi rayon Yol Polisi İdarəsinin şəxsi heyətinə çətin və şərəfli peşələrində uğurlar arzulayır, Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında göstərdiyi fəaliyyətində uğurlar arzulayıram.
Əminəm ki, Nəsimi rayon Yol Polisi işçiləri öz üzərinə düşən vəzifələri bundan sonra da lazımınca yerinə yetirəcəklər.

Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Azəriqazın sayğac oyunu vətəndaşın cibində "partlayır
Azəriqazın sayğac oyunu vətəndaşın cibində "partlayır
Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
ƏSİL ZİYALILIQ XEYİRXAHLIQDIR
ƏSİL  ZİYALILIQ XEYİRXAHLIQDIR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Aqil Babayevin cinayət işinin pərdəarxası: şok faktlar və “bədxah” obraz
Aqil Babayevin cinayət işinin pərdəarxası: şok faktlar və “bədxah” obraz
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...