Allah xəsisləri və israf edənləri sevmir. Xəsislik,pul və malını xərcləməmək üçün hər cür sıxıntı və əzaba qatlaşmaq,pul və mal düşkünü olmaq deməkdir. "Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər.Xeyr, bu,onlar üçün zərərlidir.Onların xəsislik etdiyi şey qiyamət günü boyunlarına dolanacaqdır".(Qurani Kərim", "Ali İmran" surəsi,18-ci ayə)
Xəsislər barədə Peyğəmbər (s.ə) buyurub: "Xəsislikdən çəkinin.Çünki xəsislik sizdən öncəkilərin həlakına səbəb olub.Bilin ki,xəsislər nə qədər zahid (dünyadan əl çəkən)olsalar da,Cənnətə girə bilməzlər".
Müfəssirlərə görə xəsisin üç əlaməti var: Onlar aclıqdan qorxar və həmişə nə yeyəcəkləri barədə düşünərlər;onlardan bir şey istədikdə kasıb olacaqlarından qorxub verməzlər,yaxşılıq edənlərə daxilən düşmən kəsilərlər. Tovuz rayonundan olan xeyriyyəçi sahibkar Arif Süleymanovun fikrincə,xəsisdən səxavət gözlənilmədiyi kimi,israf edən də səxavətli sayılmır.
Yazımın qəhrəmanı da mərhəməti vəzifəsindən üstün tutan xeyriyyəçi iş adamıdır.
Arif Süleymanovun daşıdığı vəzifə çox məsuliyyətli və əmək tələb edən işdir.Bütün çətinliklərin öhdəsindən layiqincə və çox məharətlə gəlir. Uzun illər ərzində topladığı təcrübə,səriştə onun hər zaman köməyinə çatır. Arif Seleymanovun fəaliyyəti barədə onu tanıyan hər kəs müsbət rəydədir.Ancaq onun ən çox təqdir olunan cəhətləri qəlbinin təmizliyi,insani keyfiyyətləridir. Bu keyfiyyətlər onun bir rəhbər işçi kimi üstün məziyyətlərini tamamlayır. Yola saldığı acılı-şirinli illər,şərəfli ömür yolu isə Arif müəllimin qalan ömrünə kamillik əlavə edir.
Haqqında bəhs etdiyim xeyirxah insanı tanıyanlar onun haqqında deyirlər: təvazökardır, sadə və təmkinlidir, əsil iman əhlidir, adı ilə sözü,əməli bir olan insandır.
Mən də bu deyilənləri öz qələmimlə təsdiqləyir, xeyirxah əməl sahibinə sağlıqlı uzun ömür diləyir, Azərbaycan Respublikasının Prezidenti,Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyətində bol-bol nailiyyətlər arzulayıram.
Daima sevilib,seçilənlərdən olasız, Arif müəllim...