kanal1

İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

Tarix:17-05-2024, 09:23
Baxış Sayı:1

İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsilin hansı səviyyədə olduğunu deməyə gərək yoxdur. Tutarlı kadr hazırlaya bilməyən, daha çox idmançı deyil, qoçu hazırlayan təhsil ocağı kimi ad çıxarmış Akademiyda korrupsiya da dizə çıxıb. Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu bitirən Fuad Hacıyev bir müddət Gömrük Komitəsində çalışıb, 2015-ci il tarixdən isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorudur.

İdmana heç bir dəxli olmayan şəxsin İdman Akademiyasına rəhbərlik etməsi əsl komediya mövzusudur. Amma cənab Hacıyev rektor kimi özünün diplomla təsdiq olunan ixtisasını, yəni yeyinti i.ini uğurla həyata keçirir. Məsələn, cumhuriyyet.az olaraq bildirək ki, Akademiyadakı Heydər Əliyev muzeyinin fəaliyyətinə xitam verbu adam yeməkxanasının təmir edilməsi üçün 3 dəfə ard-arda pulun ayrırıb və balaca bir yeməkxananın təmiri üçün 340 min manat sərf edilib.

Digər müəmmalı məqam Akademiyada təhsil alan tələbənin adına külli miqdarda vergi borcu gəlməsidir. Bununla bağlı cumhuriyyet.az bildirir ki, rektor gömrük komitəsindən dostluğu olan ATEF-in direktoru Talıb Əlixanbəyovla birgə qanunsuz mis alverinə qoşulub. Nəticədə akademiyanın 20-dən artıq tələbəsini saxta mis alverinə qoşublar və sonradan həmin tələbələrin adına külli miqdarda, 1 milyon 200 mindən artıq vergi borcu gəlib. İndi isə yeyinti mütəxəssisi olan rektor tam gül vurub. Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası “Novruz bayramı” tədbirini təşkil üçün tender keçirib və “RR Travel Company” MMC-yə bu məqsədlə 13 min 983 manat ödənilib. Ən gülməlisi isə budur ki, tenderin icra müddəti 08 aprel 2024-ci il tarixində başlayır 30 aprel 2024-cü il tarixində başa çatır. Bəlkə rektor Novruz yerinə Pasxa bayramını qeyd edir?

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin milyonluq villası və avtomobili üzə çıxıb. Rektor Fuad Hacıyev Xətai rayonunda yaşadığı mülkün yaxınlığında daha bir villa alıb. Bu mülkün qiyməti 1 milyon manat dəyərindədir. Bununla yanaşı, F.Hacıyev 440 min manata (259 min dollar) son model “Renc Rover” markalı avtomobil alıb. Rektor 10 CN 394 dövlət nömrə nişanlı “Renc Rover”i həyat yoldaşı İbrahimova Cəmilə Məmmədəli qızının adına rəsmiləşdirib. Fuad Hacıyev isə sözügedən avtomobili etibarnamə ilə idarə edir.

Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Azəriqazın sayğac oyunu vətəndaşın cibində "partlayır
Azəriqazın sayğac oyunu vətəndaşın cibində "partlayır
Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
ƏSİL ZİYALILIQ XEYİRXAHLIQDIR
ƏSİL  ZİYALILIQ XEYİRXAHLIQDIR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
“İnvest-Az"-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Aqil Babayevin cinayət işinin pərdəarxası: şok faktlar və “bədxah” obraz
Aqil Babayevin cinayət işinin pərdəarxası: şok faktlar və “bədxah” obraz
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...