kanal1

MASALLI SAKİNLƏRİ İCRA BAŞÇISINDAN ŞİKAYƏTÇİDİR - "Yollar baxımsız vəziyyətdədir..."

Tarix:5-04-2024, 13:30
Baxış Sayı:1

MASALLI SAKİNLƏRİ İCRA BAŞÇISINDAN ŞİKAYƏTÇİDİR - "Yollar baxımsız vəziyyətdədir..."

Masallı rayonu, Təklə kənd sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər kəndin kuçələrinin baxımsız halda olduğunu, rayon İcra Hakimiyyətinin onların müraciətinə baxmadığını bildirir:
“Biz, sakinlər, bilmirik ki, daha kimlərə, hansı qurumlara şikayət edək.

Masallının bir çox kəndlərində küçələr, yollar baxımsız vəziyyətdədir. 8 minə yaxın əhalisi olan Təklə kəndi ən ucqar kəndlərdən belə, bərbad vəziyyətdədir. Hansı qurumdan Prezident Administrasiyasına şikayət etsək, işə baxılması üçün məktubu həmin quruma göndərirlər.

Sizin sayt vasitəilə Prezident Administrasiyasında oturanlara səslənirik, əgər işimizə burdakı qurum baxsaydı, niyə birdə sizə şikayət yazırdıq?! Və yaxud da yazdığımız məktubu şikayət olunan qurumun üstünə göndərdikdə heç maraqlanırsınız ki, iş nə yerdədir?!

Cənab Prezident çıxışlarında qeyd edir ki, "əziz xalqım, mənə bir siqnal göndərin". Cənab Prezident, aparatdakı işçiləriniz imkan verir ki, o məktublar sizə çatsın?! Xalqı fikirləşən yoxdur, ölkədə işsizlik baş alıb gedir. Şikayətimizi etməyə adam tapmırıq.

İcra Hakimiyyəti deyir ki, balansda yeterincə pul yoxdur. İcra Hakimiyyəti xalqı, vətəndaşın şikayətini təmin etmirsə, bu qurum nəyimizə lazımdır?

Kəndin qəbiristanlığında işıq yoxdur. Bura işıq çəkilməyi üçün ölülər pul yığıb verməlidirlər?!"

Qeyd edək ki, şikayətçilərin redaksiyamıza göndərdiyi video müraciəti də olduğu kimi oxuculara təqdim edirik:

Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT
Pulsuz müayinə, yoxsa fırıldaqçılıq? - Batıgöz Klinikası pasiyentləri aldatmaqda ittiham olunur -ŞİKAYƏT
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Onların da sertifikatı ləğv olundu - Foto
Onların da sertifikatı ləğv olundu - Foto
Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
XİN: Səudiyyə Ərəbistanı Fələstin dövlətinin yaradılmasına dəstəyini bir daha təsdiqləyir
XİN: Səudiyyə Ərəbistanı Fələstin dövlətinin yaradılmasına dəstəyini bir daha təsdiqləyir
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? - Qalmaqal yaradan olay...
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? - Qalmaqal yaradan olay...
Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu –FOTOFAKT
Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu –FOTOFAKT