kanal1

Cavanşir Feyziyev də qollarını Gürcüstanın yenidən qurulmasına ÇIRMAYIB - BU DA FAKT!!!

Tarix:1-04-2024, 09:24
Baxış Sayı:3


Deputat Cavanşir Feyziyevin Tiflisdə tikdirdiyi binalarla bağlı ilginc faktlar açıqlanıb. Dia-az.info bildirir ki, London məhkəmələri tərəfindən milyonlarına əl qqoyulan Cavanşir Feyziyev deyəsən, biznesini Gürcüstana köçürməkdədir. Hər halda, o da digər oliqarx məmur və deputatlarımızı kimi işğaldan azad olunmuş torpaqların yenidən qurulmasına yox, kənar bir ölkədə şəxsi biznesinin inkişafına daha çox maraqlı və daha çox həvəslidir.
Dia-az.info olaraq deputat Cavanşir Feyziyevin Tiflisdə tikdirdiyi binalarla bağlı faktları təqdim edirik:
"1. Tiflis, Niko Keçoveli küçəsi 16 "Horizon Gldani" yaşayış kompleksi (2020-ci ildə tamamlanıb);
2. Tiflis, Abai küçəsi 5 "Horizon Temka" yaşayış kompleksi, (2021-ci ildə tamamlanıb);
3. Tiflis, Graf Şulenberq küçəsi "Horizon Gldani-2" yaşayış kompleksi (2019-cu ildə tamamlanıb)".

Dia-az.info xəbər verir ki, binaların tikintisi Feyziyevlər ailəsinə məxsus NEW HORIZON LTD şirkəti tərəfindən aparılıb. Şirkət 2015-ci ildə Tiflisdə qeydiyyatdan keçib. Təsisçiləri Cavanşir Feyziyevin qardaşı oğlu Elman Cavanşir və yaxın qohumu Rüstəm Cavanşirdir.

Gürcüstanda Feyziyevlər ailəsinə məxsus digər şirkət RIMO GROUP LTD 2018-ci ildə Elman Cavanşirin təsisçiliyi ilə qeydiyyata alınıb. Bu ilin fevralında əmlak şirkətinin səhmlərinin 50 faizi Feyziyevin qohumu Rüstəm Cavanşirin və Şahnazar Hacıyevin adına rəsmiləşdirilib. Şirkətin direktorluğu da Şahnazar Hacıyevə tapşırılıb.(Dia-az.info )

İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
İdxalçı şirkət “Mazarina Trade Company” ölkədən nə qədər pul çıxarıb? - TƏFƏRRÜAT
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Onların da sertifikatı ləğv olundu - Foto
Onların da sertifikatı ləğv olundu - Foto
Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
Marketlərimizin ƏDV FIRILDAĞI - "Sizə qəbz lazımdır?"
XİN: Səudiyyə Ərəbistanı Fələstin dövlətinin yaradılmasına dəstəyini bir daha təsdiqləyir
XİN: Səudiyyə Ərəbistanı Fələstin dövlətinin yaradılmasına dəstəyini bir daha təsdiqləyir
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? - Qalmaqal yaradan olay...
İşçilərin maaşından kəsib Vəfa Şərifovaya hədiyyə göndərən BİZNESMEN KİMDİR? - Qalmaqal yaradan olay...
Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu –FOTOFAKT
Nərimanovun icra başçısı Prezidentin qadağasını pozdu –FOTOFAKT
Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT
Tələbə ilə kollec direktoru arasında “dava” - TƏFƏRRÜAT